Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanla sərhədin bir addımlığında - Video 

"Report" İnformasiya Agentliyinin çəkiliş qrupu Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Zəngilan rayonunun işğaldan azad edilmiş kəndlərinə səfər edib.

Səfərin ən önəmli hadisəsi işğaldan azad olunmuş Zəngilana helikopterlə uçuş idi. İlk olaraq Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin "Bartaz" sərhəd zastavasının açılış mərasimində olduq. Çox sevindirici haldır ki, bir vaxtlar mənfur düşmənlərimiz tərəfindən işğal altında olan torpaqlarımızda artıq üç rəngli bayrağımız dalğalanır. Elə bu zastavada da Azərbaycan sərhədçisi tərəfindən qaldırılan bayrağımız hər birimizin sevincinə səbəb oldu.

Sərhədçilərlə söhbətimizdə onlar sərhədlərimizin etibarlı mühafizəsini təmin edəcəklərinə, bərpa olunmuş müqəddəs sərhədlərimizin bir daha yağı düşmən tərəfindən tapdalanmasına imkan verməyəcəklərinə əmin etdilər. Daha sonra yolumuz rayonun Qarqulu kəndinə oldu. Kənddə işğalçı Ermənistan, sözün həqiqi mənasında, talançılıq edib. Kərpicdən tikilən evlər yerlə yeksan edilib, qalan yalnız çay daşından tikilən evlərin divarları idi.

"Report"un çəkiliş qrupu da Ermənistanın Zəngilanla sərhəd olan Ağkənd və Qazançı sərhəd döyüş məntəqələrində olublar. Yeri gəlmişkən, bir məqamı vurğulayaq ki, Zəngilanın Ağkənd və Qazançı istiqamətləri 10 noyabr müqaviləsindən sonra döyüşsüz geri qaytarılıb. İlk olaraq Ağkənd sərhəd döyüş məntəqəsinə baş çəkdik. Bu məntəqəmizdən sərhədçilərimiz Ermənistanın Sünik vilayətində yerləşən Qafan hava limanına vizul olaraq nəzarət edir. Sevindirici haldır ki, mənfur düşmən dalğalanan şanlı üç rəngli bayrağımızı görür. Daha sonra Zəngilanın Qazançı kəndində yerləşən Qazançı sərhəd döyüş məntəqəsinə getdik. Çox çətinliklə getsək də, öz torpağımızda olmaqdan böyük qürur duyurduq. Torpaq sanki deyirdi ki, yiyəsi gəlib. Qazançı sərhəd döyüş məntəqəsi isə Qafan-Gorus magistral yolunun bir addımlığındadır. Qazançı kəndinin bəzi yerlərində də erməni vəhşiliyinin izlərini aydın görmək olur.

piaaz


Etiket: Sərhəd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar