Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın bugünkü macəraları: Sisyanda kilsədən qovdular, Gorusda yolunu kəsdilər...

Ermənistanın Gorus bələdiyyə sədri Aruş Aruşanyan dünən gecə saatlarında həbs olunub.

PİA.az xəbər verir ki, bunu ölkənin müxalif "Veto" ictimai-siyasi hərəkatının lideri Narek Malyan gecə saat 4.30-da sosial şəbəkələrdə paylaşdığı statusunda bildirib.

Bələdiyyə sədrinin əhalini Paşinyanın yolunu kəsməyə çağırdığına görə həbs olunduğu xəbər verilir. Belə ki, Paşinyanın Azərbaycanla sərhəd qalmaqalı yaşayan Zəngəzur vilayətinə bu gün səfəri gözlənilirdi. O, yanlış məskunlaşma nəticəsində Azərbaycan sərhədlərindən qovulan erməni kənd sakinləri ilə görüş planlaşdırmışdı. Bələdiyyə sədri isə narazı kəndliləri yolu kəsməyə və Baş nazirin vilayətə gəlməsinə mane olmağa çağırmışdı. Bəşədiyyə sədri etirazçıların qarşısındakı çıxışında onu da əlavə etmişdi ki, "Paşinyan heç vaxt Ermənistanda sakit gəzə bilməyəcək".



Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti də bələdiyyə sədrinin həbs olunduğunu təsdiqləyib. Xidmətin yaydığı məlumata görə, Aruş Aruşanyan təkcə xalqı qanunsuz olaraq yolu bağlamağa çağırdığına görə həbs olunmayıb. Sən demə, onun barəsində bir neçə maddə ilə istintaq başlanılıb və bu ittihamlar bir cinayət işində birləşdirilib. Aruşanyanın daha hansı maddələrlə günahkar bilindiyi isə açıqlanmır.

Ermənistan hüquq-mühafizə orqanlarının bütün cəhdlərinə baxmayaraq, Gorus əhalisi bələdiyyə sədri olmadan da bu gün səhər İrəvandan şəhərə gələn yolları maşınlarla bağlayıb. Polis müdaxilələri də heç bir nəticə verməyib. Polislərlə əlbəyaxa döyüşünə çıxan etirazçı kütlə öz mövqelərindən geri çəkilməyiblər. Maraqlıdır ki, Paşinyan da inadkarlığından dönməyib. O, bu səhər İrəvandan maşın kortejiylə yola çıxıb. Kortejdə mühafizəçilərlə yanaşı, bir sıra nazirlər və komitə rəisləri də yer alıb.

Baş nazir səfərə çıxmamışdan əvvəl media orqanlarına verdiyi açıqlamada narazı elektoradı qıcıqlandıran bəzi fikirlər də səsləndirib. O, sakinlərlə üz-üzə söhbət edəcəyi, bütün sualları cavablandıracağı və s. kimi vədlər verib. Paşinyanın ən çox qıcıq doğuran sözləri isə belə olub: "Sizə olan borclarımı tam ölçüdə yerinə yetirdim və yetirirəm". Müxaliflər Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələn əməllərlə Baş nazirin kimə borc ödədiyini anlamaqda çətinlik çəkirlər.



Paşinyan isə Qarabağın itirilməsinin əsas günahkarının özü olmadığı qənaətindədir. Bugünkü səfəröncəsi çıxışında da eyni mövqe sərgiləyən Baş nazirin sözlərinə görə, hazırda ölkədə "birlikdə həll edilməli" çətin vəziyyət yaranıb: “Yerli sakinləri əmin edirəm ki, Syunik (Zəngəzur) ərazisindən bir millimetr də düşmənə verilməyəcək."

Paşinyanın bu sözləri narazı elektorad tərəfindən birmənalı qarşılanmayıb. Onlar Azərbaycanın beynəlxalq qurumlar tərəfindən tanınan ərazilərini özlərinki sayırlar və faktiki olaraq qanunsuz məskunlaşdırıldıqları 13 kənddən çıxarılıblar. Bundan əlavə, 10-dan artıq kəndin yolları Azərbaycanın nəzarətinə keçib və onlara ya yenidən yol çəkilməli, ya da əhali sözügedən ərazidən də köçürülməlidir.

Üstəlik, Gorus bələdiyyə sədrinin həbsi də narazılıqları artırıb. İndi təkcə Gorusda deyil, İrəvanda da bir çox müxaliflər Aruşanyanın dərhal azadlığa buraxılmasını və “Gorus kəndlərinin və yollarının geri qaytarılması”nı tələb edirlər. Sonuncu tələb isə Paşinyanın bacaracağı işlərdən deyil.

Baş nazir Gorus səfəri boyunca xeyli sürprizlərlə qarşılaşıb. Ən yadda qalan sürpriz isə Sisyanda baş verib. Yolüstü fasilə verərək Sisyan kilsəsini ziyarət etmək istəyən Paşinyanın pişvazına çıxan olmayıb. Bu da azmış kimi, kilsənin içərisinə girib mərkəzində keşiş Ter Pargev Zeynalyanı gözləyən Nikol ikinci sürprizi ilə qarşılaşıb. Keşiş onu çox intizarda qoymayaraq qarşısına gəlib. Paşinyan böyük həvəslə keşişə əl uzadıb və böyük sayqıyla əlinin sıxılmasını gözləyib. Keşiş isə Paşinyanın israrla görüşmək niyyətinə qarşı əlini yuxarı qaldıraraq “murdarlanmaq”dan qoruyub və digər əliylə Baş nazirə qapını göstərərək onu məbəddən qovub. Yayımlanan görüntülərdə həm Paşinyanın özü, həm də onu müşayiət edənlərin keşişin davranışından təəccübləndikləri görünür.



Digər maraqlı hadisə Gorusun girişində yaşanıb. Görünür, Sisyan keşişindən lazımi dərs alan Paşinyan növbəti insidentlə qarşılaşmaq üçün özü goruslulara sürpriz edib. O, yolunu gözləyən etirazçılarla qarşılaşmamaq üçün yanlarından yox, başlarının üstündən keçməyə üstünlük verib. Vertolyotla tam da etirazçıların üstündən uçan Paşinyanın bu havalanışı Gorus sakinləri tərəfindən etirazla qarşılanıb. Onlar bunu “Baş nazirin sakinlərə yandıq-qındıq verməsi” kimi qiymətləndiriblər.

Paşinyan Gorus səfərində nəhayət böyük ehtiramla qarşılandığı kənd tapa bilib. Sarnakunk kəndinin sakinləri ilə görüşən Baş nazirə sadə kütlənin bir ağızdan səsləndirdikləri mesaj belə olub: “Baş nazir istefa verib vəzifəsindən gedərsə, Sarnakunk əhalisi buna xəyanət kimi baxacaq. O, nəyin bahasına olursa olsun, müxalifətə təslim olmamalıdır”.

Paşinyan sakinlərdən soruşub: -Başqa kim belə düşünür?

Cavab: -Bütün kənd icması.

Ermənistan mediası isə Paşinyanın bu əzələ nümayişini Gorus sakinlərinin iradəsinin ifadəsi saymırlar. Onların fikrincə, Sarnakunk Azərbaycan Silahlı Qüvvələrinin birbaşa atəşinə məruz qalan 13 kəndə daxil deyil.

Belə görünür ki, Ermənistanda Paşinyan siyasətindən şəxsən əziyyət çəkməyən hər kəs onu müdafiə edir. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar