Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin Fələstin siyasəti - “Əsrin müqaviləsi” yanvarda Trampla birgə Ağ Evi tərk edəcək?

Görəsən, ABŞ-ın yeni prezidenti Bayden və vitse-prezident Harris İsraildə söz sahibi ola biləcəkmi?

Bülent Orakoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 9 dekabr 2020-ci il

Yeni ABŞ administrasiyası ilə birlikdə Bayden İsrail-Fələstin münaqişəsinin nizamlanması üçün hansı tədbirlər görəcək? Tramp və Netanyahunun ortaq “Yeni Fələstin Dövləti” layihəsini Bayden davam etdirəcəkmi?

Fələstinin Baş naziri Məhəmməd İştiya bu suala çox iddialı bir cavab verib. İştiyyə Tramp və kürəkəni Kaşner tərəfindən hazırlanan Fələstinsiz “Əsrin Müqaviləsi Planı”nın yanvar ayında Trampla birlikdə Ağ Evi tərk edəcəyini iddia edir. Trampın seçkilərdə məğlub olması və Baydenin qalib gəlməsi bölgədə, xüsusən də Fələstin cəbhəsində müsbət bir atmosfer yaradıb.

Obama dövründə vitse-prezident olan Baydenin prezident olması ilə birlikdə yeni administrasiyanın iki dövlətli həll yolunu dəstəkləyəcəyi, bu yöndə İsraillə danışıqların yenidən başlayacağı və İsrailin məskunlaşma fəaliyyətlərinə, xüsusilə Qərbi İordaniyanın İsrailə birləşdirilməsinə qarşı çıxacağı düşünülür. Digər tərəfdən, Baydenin xalqa verdiyi vədlərin də yerinə yetirilməsi tələb olunur.

Həmçinin, Fələstin liderləri ilə əlaqələrin bərpa edilməsi, fələstinlilərə verilən və mövcud rəhbərlik tərəfindən dayandırılan yardımların davam etməsi gözlənilir. Bu yardımlar arasında qaçqınlara verilən iqtisadi və humanitar dəstəyin davam etdirilməsi, Qəzzadakı humanitar böhranın aradan qaldırılması, ABŞ-ın Şərqi Qüdsdə konsulluğunun açılması və Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı səfirliyinin açılması da tələb olunur.

Bununla birlikdə, bəzi Yaxın Şərq mütəxəssisləri Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması, İsrailin Qolan təpələri üzərindəki suverenliyini qəbul etməsi və ya ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi kimi siyasi həmlələrini Baydenin dəyişdirməyəcəyini düşünürlər.

Bayden və Demokratların çoxu İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasındakı münasibətlərin “normallaşmasını” alqışlayırlar. Bu səbəbdən də Baydenin Fələstin Baş naziri İştiyyənin iddia etdiyi kimi “Əsrin Planı”ndan imtina etməklə yanaşı, həm də İsraillə ərəb ölkələri arasındakı normallaşma prosesini bölgədəki digər ölkələrə yaymağa çalışa bilərlər. ABŞ prezidenti Baydenin İsraili sevən bir Demokrat olaraq fələstinli liderləri İsrail ilə əməkdaşlığı yeniləməyə təşviq edəcəyi, ancaq İsrailin Fələstin hüquqlarını pozmasını çox tənqid etməyəcəyi ehtimalı edilir.

Fələstinli nümayəndələr aldadıldı?

Fələstinin dövlət başçısı Mahmud Abbasın xüsusi nümayəndəsi Nəbil Şaas Co Baydenin qələbəsini və Trampın məğlubiyyətini Fələstin üçün “qələbə” adlandırıb. Şaas Bayden administrasiyası barədə deyir:

“Bayden və vitse-prezident Kamala Harisdən eşitdiklərimizə əsasən, yeni adminsyrasiyanın daha balanslı olacağını, Netanyahunu daha az dəstəkləyəcəyini və bu səbəbdən də bizə Trampdan daha az zərər verəcəyini düşünürəm”.

Əslində, fələstinli nümayəndələr Baydeni seçməyə məcbur qalıblar. Ancaq Bayden və Haris diplomatik həmlə ilə fələstinli səlahiyyətlilərin etibarını qazanmağı bacarıblar. Bəs görəsən, ABŞ seçkilərindən sonra Ağ Evə qarşı 3 illik siyasi boykotdan imtina edən Fələstin lideri Mahmud Abbas və baş nazir İştiyyəyə verilən vədlərin hansı hissəsi Bayden və Kamala tərəfindən yerinə yetiriləcək?

Bununla birlikdə, Co Bayden ABŞ-da keçirilən prezident seçkilərində qalib gəldikdən sonra İsrail, Fələstinin iyundan bəri qəbul etmək istəmədiyi vergiləri Ramallah rəhbərliyinə ödəyib və bu da İsrail-Fələstin yaxınlaşmasına işarə edir. Ona görə də, bu vəziyyət Bayden və Kamalanın hələ vəzifəyə başlamamış verdiyi vədlərdən birini həyata keçirməsi və İsrail üzərində təsirlərini ortaya qoyması baxımından vacib görünür.

Eyni zamanda, Fələstinin Baş naziri İştiyyə verdiyi açıqlamada: “İsrail ilə qarşıdurmaya son qoyacaq şey normallaşma müqavilələri deyil, fələstinlilərlə sülh bağlanmasıdır”, deyib. Həmçinin, İştiyyə bəzi ərəb ölkələrinin Tel-Əviv rəhbərliyi ilə imzaladığı normallaşma müqavilələrinin Ərəb Sülh Təşəbbüsünün pozulması kimi dəyərləndirib.

İsrail ilə yenidən ciddi bir sülh prosesinə başlamağa hazır olduqlarını vurğulayan İştiyyə bu sülh prosesinin İsrailin işğala son verməsi, Qüds və Qəzza zolağından mühasirəni qaldırması, yəhudi məskənlərinin inşasına və genişləndirilməsinə son verməsi prinsipləri çərçivəsində başlaya biləcəyini qeyd edib. Fələstin dövlət başçısı Mahmud Abbas İsrailin işğal altındakı Qərbi İordaniyadakı qanunsuz yəhudi məskunlaşma yerlərini və İordaniya Vadisini “ilhaq etməsi” planından sonra 19 mayda Fələstin Muxtariyyəti və Fələstin Qurtuluş Təşkilatının İsrail və ABŞ-la imzaladığı bütün müqavilələrdən geri çəkildiyini açıqlamışdı.

Görəsən, ABŞ-ın yeni prezidenti Bayden və vitse-prezident Kamala bu şərtlər daxilində İsraildə söz sahibi ola biləcəkmi?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar