Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Yaxın Şərqdəki son həmlələri Baydeni çətinə sala bilər...

İran Nüvə Proqramının təşəbbüskarı kimi tanınan Möhsün Fəxrizadənin müəmmalı bir sui-qəsdlə öldürülməsinin Baydenin İranla barışıq siyasətini çətinləşdirə biləcəyi bildirilir...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 8 dekabr 2020-ci il

20 yanvarda vəzifəsini rəqibi Co Baydenə təhvil verməsi gözlənilən ABŞ prezidenti Tramp Yaxın Şərqdə İsrail yönümlü həmlələrini sürətlə tamamlamaq istəyir. 2016-cı ildə “Öncə Amerika” şüarı ilə prezident seçilən Trampın Yaxın Şərq siyasətində İsrail hər zaman birinci planda oldu.

Fələstinlilərin əleyhinə olan Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə Sudanın İsraillə qondarma “normallaşma” müqavilələrini dəstəkləyən Ər-Riyad rejimi “rəsmi olaraq” bu təşəbbüsdən kənarda qalmağı üstün tutur. 3 ildir Əmirliklərin və Səudiyyənin rəhbərlik etdiyi koalisiya tərəfindən ciddi bir blokadaya məruz qalan Qətər də Trampın İsraillə bağlı təşəbbüslərində iştirak etməyib. Tramp getmədən əvvəl Səudiyyəni və Qətəri İsraillə münasibət qurmağa sövq edir.

Trampın Yaxın Şərq siyasətinə rəhbərlik etməyi tapşırdığı kürəkəni və baş məsləhətçisi Cared Kaşner bu ayın əvvəlində son addım olaraq Səudiyyə ƏrəbistanıQətərə gedib. Danışıqların Qətərə qarşı blokadanın qaldırılması və Körfəz Əməkdaşlıq Şurası çərçivəsində mübahisələrə son qoyulması məqsədi daşıdığı deyilir. Analitiklərin fikrincə, danışıqların ən vacib nöqtəsi Ər-Riyad və Dohanın İsraillə razılaşmasına nail olmaqdır. Lakin Kaşnerin görüşün bu hissəsindən Vaşinqtona əliboş qayıtdığı deyilir.

Həmçinin, Riyadın “Bayden Administrasiyası”nın hakimiyyətə gəlməsini gözlədiyi bildirilir. Məlumdur ki, Bayden administrasiyası Riyadla münasibətlərdə Tramp administrasiyasına nisbətdə daha məsafəli bir siyasət yürütməyə meyillidir.

Küveyt bir müddətdir Qətərlə Səudiyyə arasındakı anlaşmazlığı həll etmək üçün vasitəçilik edir. Lakin Birləşmiş Ərəb Əmirlikləri Səudiyyənin üstünlük verdiyi təşəbbüsə qarşı çıxır. Körfəz mediası Qətər probleminin bu ay keçiriləcək Körfəz Əməkdaşlıq Şurası Sammitində həll ediləcəyini deyir.

Kaşnerin səfərindən əvvəl ABŞ dövlət katibi Mayk Pompeo, Məhəmməd ibn Salman və Bünyamin Netanyahu gizli bir görüş keçirib. Yaxın Şərqdə Tramp administrasiyası və İsrail bölgədəki rejimlərlə çox sıx bir gizli diplomatiya aparır. İsrail Xarici İşlər Naziri Qabi Aşkenazi və iordaniyalı həmkarı Ayman Səfadinin 3 dekabrda işğal altındakı İordan çayını İordaniya ilə birləşdirən “Allenbi Körpüsü”ndəki görüşü də əsl gizli diplomatiya nümunəsidir. I Dünya Müharibəsi dövründə 1917-ci ildə Qüdsü işğal edən ingilis general Allenbinin adının İordaniyadakı bir körpüyə verilməsi isə olduqca diqqət çəkir.

Qabi Aşkenazi İsraildəki koalisiya hökumətinin ortağı olan “Mavi-Ağ Blok”un üzvüdür. Ancaq bu koalisiya dağılır və İsrail 4-cü növbədənkənar seçkilərə hazırlaşır. Erkən seçkilər nəticəsində İsraildə Bayden administrasiyası ilə uzlaşan yeni bir hökumət hakimiyyətə gələ bilər. 25 ildir ki, İsraillə İordaniya arasında davam edən bir sülh müqaviləsi var. İsrailin ilhaq siyasətlərindən narahat olan Kral II Abdullahın Netanyahunun telefonla danışmaq istəyini belə rədd etdiyi deyilir.

İordaniya Baydenin Fələstin məsələsindəki “iki dövlətli həll yolu”na uyğun bir siyasət izləyəcəyinə ümid edir. İordaniya normallaşma müqavilələrinin İsrailin fələstinlilərlə sülhə getməsində effektiv olacağını düşünür. Həmçinin, İsraildəki “Mavi-Ağ Blok”un Baydenlə daha rahat işləyəcəyini düşünür. Həm Netanyahu tərəfi, həm də “Mavi-Ağ Bloku” Baydenin normallaşma adlanan razılaşmaları dəstəkləməsini gözləyir. Bayden də həmin razılaşmaları dəstəkləmişdi.

Qeyd edək ki, Tramp ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) verdiyi maliyyə yardımını tamamilə dayandırmağa qərara vermişdi. Əlbəttə ki, Bayden administrasiyasının bu yardımı sərbəst buraxıb buraxmayacağı hər kəsə maraqlıdır. İsrail və Amerikadakı “İsrail lobbisi” isə düşünür ki, Bayden Trampın ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarını ləğv etməyəcək.

Bayden ABŞ-ı “İran Nüvə Müqaviləsi”nə qaytarmaq istəyir. İsrail, Səudiyyə, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn isə istəmir. Digər tərəfdən, İran Nüvə Proqramının təşəbbüskarı kimi tanınan Möhsün Fəxrizadənin müəmmalı bir sui-qəsdlə öldürülməsinin də Baydenin İranla barışıq siyasətini çətinləşdirə biləcəyi bildirilir. İsrail və 20 yanvara qədər prezidentlik vəzifəsini icra edəcək olan Tramp Bayden administrasiyasının bu qərarı verməsini çətinləşdirəcək addımlar atırlar. Bölgədəki gizli diplomatiya və Möhsün Fəxrizadə sui-qəsdi bu həmlələrin bir hissəsidir. İranla əlaqəli digər həmlələrin isə 20 yanvar tarixinə qədər ediləcəyi gözlənilir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar