Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı aeroportu Rusiyanın əli ilə ermənilərin nəzarətinə keçir - Azərbaycan buna imkan verəcəkmi?

Xocalı aeroportunun Rusiyanın əli ilə ermənilərin nəzarətinə verilməsini necə dəyərləndirmək olar və bunu üçtərəfli bəyanatın şərtlərinə uyğun hesab etmək olar?

Politoloq: “Xocalı aeroportu Ermənistanın nəzarətində qalan ərazidədir. Bu məkana hazırda ErmənistanRusiya silahlı kontingenti nəzarət edir”.

Xocalı aeroportu üzərində hüquqi nəzarət beynəlxalq normalara əsasən Azərbaycana məxsusdur. Ora həyata keçiriləcək bütün uçuşlar Azərbaycan qanunvericiliyi ilə tənzimlənməlidir”.

Bu sözləri politoloq Nəsimi Məmmədli Xocalı aeroportunun Rusiyanın əli ilə ermənilərin nəzarətinə verilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Rus və erməni mənbələr Xocalı aeroportu ən yaxın zamanda Rusiya Hərbi Kosmik Qüvvələrinin idarəsinə keçərək fəaliyyətə başlayacaq və bütün idarəetmə də rus sülhməramlıları tərəfindən həyata keçiriləcək. Bu aeroport əsasən Rusiya sülhməramlıların təchizat və ermənilərin humanitar ehtiyacları üçün fəaliyyət göstərəcək. Yayılan məlumatlardan belə görünür ki, Xocalı aeroportundan Azərbaycan tərəfi yararlana bilməyəcək. Uçuşlara nəzarətdən isə söhbət gedə bilməz. Çünki hava limanı hərbi aeroport çevrilərək birbaşa Rusiya Müdafiə Nazirliyinə bağlı olacaq. Lakin buna baxmayaraq Ermənistan Xocalı aerportunun bütün imkanlarından yararlanacaqlar və Ermənistanın Xocalıdan beynəlxalq uçuşlar belə həyata keçirməsi istisna olunmur.

Xocalı aeroportunun Rusiyanın əli ilə ermənilərin nəzarətinə verilməsini necə dəyərləndirmək olar və bunu üçtərəfli bəyanatın şərtlərinə uyğun hesab etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəsimi Məmmədliyə müraciət edib.

Nəsimi Məmmədli: “Bütövlükdə bu torpaqlar Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan rəsmi əraziləri olsa da, faktiki olaraq ora hərbi-siyasi və inzibati nəzarət imkanımız hələ ki, yoxdur”.

Xocalı aeroportunda Azərbaycanın gömrük və sərhəd postları yaradılmadan istismarının qəbul edilməz olduğunu vurğulayan politoloq bildirib ki, Azərbaycan rəsmi şəkildə bu uçuşlara icazə verməsə, həmin aeroportunun istifadəsi qanuni sayılmayacaq:

“Üçtərəfli Atəşkəs Bəyanatının 9-cu bəndinə əsasən konkret vaxt göstərilməsə də, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Eyni zamanda bu əlaqələrin təhlükəsizliyinə Rusiyanın sülhməramlı missiyasının zəmanət verməsi də sənədin tələblərinə uyğundur.

Bəyanatın 1-ci bəndinə əsasən hərbi əməliyyatlar dayandırıldığı andan AzərbaycanErmənistan hazırda tutduqları mövqelərdə qalıblar. Xocalı aeroportu da Ermənistanın nəzarətində qalan ərazidədir. Bu məkana hazırda ErmənistanRusiya silahlı kontingenti nəzarət edir.

Nəsimi Məmmədli: “Bu aeroportda Azərbaycanın gömrük və sərhəd postları yaradılmadan istismarı qəbul edilməzdir”.

Bütövlükdə bu torpaqlar Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan rəsmi əraziləri olsa da, faktiki olaraq ora hərbi-siyasi və inzibati nəzarət imkanımız hələ ki, yoxdur. Xocalı aeroportu üzərində hüquqi nəzarət beynəlxalq normalara əsasən Azərbaycana məxsusdur. Məhz ora həyata keçiriləcək uçuşlar Azərbaycan qanunvericiliyi ilə tənzimlənməlidir.

Bu aeroportda Azərbaycanın gömrük və sərhəd postları yaradılmadan istismarı qəbul edilməzdir. Azərbaycan rəsmi şəkildə bu uçuşlara icazə verməsə, həmin aeroportunun istifadəsi qanuni sayılmayacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar