Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mayk Pompeonun son həmləsi - Dövlət Katibinin 7 ölkəyə səfəri ABŞ-a xeyirdən çox zərər verə bilər...

Pompeonun səfər proqramında iştirak edən bütün ölkələr ABŞ-ın müttəfiqləridir və günün sonunda yeni administrasiya ilə bir uzlaşma əldə edəcəklər...

Kim Sengupta
“The Independent” qəzeti, 20 noyabr 2020-ci il

Mayk Pompeo bir ABŞ Dövlət Katibinin son illərdə təşkil etdiyi ən sürreal beynəlxalq rəsmi səfər turundan birinə çıxıb. Donald Trampın məğlub olduğunu etiraf etməyi rədd etdikdən və yaxın zamanda keçirilən bir mətbuat konfransında ikinci dönəmə “problemsiz keçiləcəyini” bildirən Pompeo Co Baydeni qələbə münasibətilə təbrik edib və yeni rəhbərliklə işləmək istədiyini vurğulayan 7 ölkəyə səfər edib.

Yaxın zamanda vəzifəsindən ayrılacaq olan Dövlət Katibi 2 il ərzində tez-tez rəsmi, ya da qeyri-rəsmi səfərlər edirdi. Pompeonun 10 günlük səfəri artıq getmiş olduğu Fransa, Türkiyə və Gürcüstan və daha sonra gedəcəyi Yaxın Şərq, İsrail, BƏƏ, Səudiyyə ƏrəbistanıQətərlə əhatələnəcək.

Ancaq Pompeonun Trampın ikinci dövrü ilə bağlı açıqlaması istehzalı ola bilər. Bəlkə də, ABŞ-da baş verənləri nəzərə alaraq Dövlət Katibi Belarus və Tanzaniyadakı seçki problemlərini və Çin hökumətinin Honkonqdakı repressiv hərəkətlərini tənqid edərkən özünün də gülünc vəziyyətdə düşdüyünü görə bilmir.

Bir jurnalist Trampın seçki saxtakarlığı ilə bağlı əsassız iddiaları ilə ABŞ-a ziyan vurub vurmadığını soruşduqda Pompeo: “Gülünc bir sual verdiniz. Bu nazirlik bütün dünyada seçkilərin təhlükəsiz, azad və ədalətli olmasını təmin etməyə borcludur və məmurlarım bunu təmin etmək üçün həyatlarını riskə atırlar”, cavabını verdi.

Həmin mətbuat konfransından sonra bir radio reportajında: “Yanvarın 20-də Tramp Administrasiyasına (bu gün qeyd etdiyim ikinci Trump Administrasiyası) və ya keçmiş vitse-prezident Baydenin rəhbərlik etdiyi bir hökumətə keçid edəcəyik”, desə də, Pompeonun Dövlət Departamenti Baydenin keçid komandası ilə əməkdaşlıq etməkdən imtina edir və hətta seçilmiş prezidentin xarici liderlərlə ünsiyyət qurmasına belə köməklik göstərməyib.

Pompeonun səfəri üçün iddia edilən səbəb təhlükəsizlik məsələlərini müzakirə etmək idi. Onun Asiyaya son səfəri Çinə qarşı ittifaq qurmaq cəhdi idisə, bu dəfəki səfəri İrana qarşı ittifaq qurmağa fokuslanır. Bununla birlikdə, iki ssenari arasında təməl fərqlər var.

Asiyadakı bir çox demokratik dövlətlər Çinin hegemon siyasətinin təhlükə yaratdığına və buna qarşı mübarizə aparılmalı olduğuna inanır. Məsələn, Yaponiya, Avstraliya, Hindistan və ABŞ arasında Malabar hərbi dəniz təlimlərinin təşkili barədə bir razılaşma əldə edilib və son 10 ildə ilk dəfə olaraq 4 ölkə birgə təlimdə iştirak edir. Bunu bu həftə Avstraliya və Yaponiyanın müdafiə müqaviləsi imzalamaq qərarında da gördük.

Ancaq ən vacib məqam Çinə qarşı durmağın Bayden Administrasiyasının öncəliklərindən biri olmasıdır. Həqiqətən də, bunun ciddi bir plan olduğu aydın görünür.

Tramp koronavirus məsələsində Çinə qarşı qətiyyətli addımlar atdığını iddia edərkən, əslində Pekin xəstəliyi önəmsiz göstərsə də, Çini və prezident Si Tsinpini pandemiyaya nəzarət etmək cəhdlərinə görə 6 həftədə 15 dəfə tərifləmişdi. Tramp yanlış olaraq Co Baydeni Çin yolu ilə pul qazanmaqda ittiham etmişdi. Lakin məlum olmuşdu ki, özü (bank və vergi qeyd sənədlərinə görə) alış-verişə görə 2013-2015-ci illərdə Çinə, 2016-2017-ci illər arasında ABŞ-a ödədiyindən daha artıq vergi ödəyib. Keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun dediyinə görə, Tramp Tsinpindən Amerikanın ferma məhsullarını satın alaraq seçkilərdə qalib gəlməsinə kömək etməsini xahiş edib və Çin də bunu layiqli şəkildə yerinə yetirib.

İrana gəldikdə isə vəziyyət olduqca fərqlidir. İranla bağlanan nüvə sazişini imzalayan ölkələr arasında Fransa da var (İngiltərə, Almaniya, Rusiya və Çinlə birlikdə) və Tramp ABŞ-ı müqavilədən çıxardıqdan sonra da Paris müqavilənin davam etməsinin tərəfdarı olub. Üç Avropa dövləti şirkətlərin Amerika sanksiyaları qarşısında İranla ticarət etməsinə imkan verən bir maliyyə mexanizmi qurub.

Səfər turunun Yaxın Şərq hissəsindəki İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı cəza tədbirlərinin tətbiq olunmasını qızğın şəkildə müdafiə edir. Digər tərəfdən, Qətər Səudiyyə Ərəbistanı və BƏƏ ilə uzun müddətdir davam edən bir qarşıdurma içindədir və Səudiyyə ilə İran arasında gərgin münasibətlərə baxmayaraq Tehranla dostluq əlaqələri qurub.

Tramp Administrasiyasının son aylarda İrana qarşı yeni bir sanksiya tətbiq etməsi və Pompeonun Körfəz dövlətlərinə Tehrana qarşı “maksimum təzyiq” siyasətini davam etdirməsi üçün ümid verməkdir. Ancaq gözləntilər budur ki, Bayden vitse-prezident olduğu zaman qərar verilən və qəbul edilməsində o vaxtkı Dövlət Katibi Con Kerrinin əsas rol oynadığı Hərtərəfli Birgə Fəaliyyət Planını (JOBP) İbərpa etməyə çalışacaq.

İsraillilər və səudiyyəlilər, şübhəsiz ki, Vaşinqtonda yenidən lobbiçilik fəaliyyətlərinə davam edəcəklər. Ona görə də Baydenin bu istəyi son illərdə meydana gələn prosseslərə görə tezliklə baş tutmaya bilər.

Məsələ burasındadır ki, Pompeonun səfər proqramında olan bütün ölkələr ABŞ-ın müttəfiqləridir və ilin sonuna qədər yeni administrasiya ilə uzlaşma əldə edəcəklər. Vəzifəsindən gedən Dövlət Katibinin səfərləri də bu nəticəni dəyişdirməyəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar