Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyaya qaçqınlarının geri qaytarılması və Rusiya dalanı

Rusiyanın Suriyadakı vəziyyəti onun barbarlığı və yalanları ilə yanaşı, həm də dünyanı axmaq yerinə qoymaq cəhdlərini də əhatə edir. Məsələ burasındadır ki, dünya və ya onun əsas aktyorları bu rus oyununa aldanmağı qəbul edirlər...

Fayez Sara
“The Independent” qəzeti, 3 noyabr 2020-ci il

Dünyadakı Suriyalı qaçqınların sayının 10 milyon olduğu təxmin edilir. Yalnız qonşu ölkələrdə 6 milyon qaçqına ev sahibliyi edilir. Türkiyədə isə yalnız 3 milyon yarım suriyalı yaşayır. Təxminən 1 milyon yarım suriyalı 6 Körfəz ölkəsində yaşayır və əksəriyyəti Səudiyyə Ərəbistanı və BƏƏ-dədir.

Avropa Birliyi ölkələrinə yayılmış təxminən 1,5 milyon suriyalı qaçqının ciddi bir hissəsi Almaniyada yaşayır. Ailə quranlar da daxil olmaqla, burada yaşayan suriyalıların sayı 1 milyona çatıb.

Yuxarıda göstərilən rəqəmlər suriyalı qaçqınlar məsələsinin həm Suriya məsələsi ilə məşğul olan tərəflər, həm də bu məsələdə iştirak edənlər üçün çoxşaxəli önəmini göstərir.

Məsələnin humanitar tərəfi ilə yanaşı, həm də tərəflərin öz xüsusi maraqları var. Suriyalı miqrantların geri dönməsi başda Türkiyə, Livan və İordaniya olmaqla qonşu ölkələrdəki qarışıq siyasi, iqtisadi, sosial və təhlükəsizlik təzyiqlərini azalda bilər.

Onların həyatlarını yaxşılaşdırmaq və sığındıqları ölkələrdəki əziyyətlərini yüngülləşdirmək üçün birbaşa və ya beynəlxalq təşkilatlar vasitəsilə maddi yardım göstərən dövlətlər də bu vəziyyətdən faydalanacaqlar. Çünki bu sayədə məsuliyyət və töhfələri azalacaq.

Qərbi və Şimali Avropa ölkələri kimi miqrantlar üçün cəlbedici olan ölkələrdə qaçqınların geri qayıtması və qaçqın axınının dayandırılması prosesi qaçqınların bir hissəsini Suriyaya geri qaytarmaq mənasına gəlir.

Qaçqınların ölkələrinə qayıtması, həmçinin dünyada terror təhlükəsini də azaldacaq. Bu, qaçqınların yaşadıqları ölkələrdəki siyasi və ictimai dairələr tərəfindən siyasi istəklər və məqsədlər üçün təbliğ olunan bir ifadədir. Qaçqın problemini terrorizmlə əlaqələndirən media və beynəlxalq araşdırma mərkəzləri də buna xidmət edir.

Şübhəsiz ki, qaçqınların geri qaytarılması məsələsi Suriyanın probleminin həlli kontekstində düzgün praktik fikirdir və iştirak edən tərəflərin əksəriyyəti bunu qəbul edir. Həmçinin, Suriya məsələsində böyük əhəmiyyətə malikdir, çünki həll yollarından biri ola bilər. Lakin məsələyə yuxarıda göstərilənlərdən tamamilə fərqli istiqamətlərdə də yanaşmaq olar.

Əslində, qaçqınların geri qaytarılması məsələsində Rusiyanın baxışı buna bir nümunədir. Ruslar bu məsələdə fərqli davranırlar, çünki Suriya münaqişəsindəki mövqeləri digər tərəflərdən tamam fərqlidir.

Rusiya mövcud rejimi qoruyan və Bəşər Əsədin prezidentliyini davam etdirən əsas gücdür. Bunun əksinə olaraq Suriya məsələsindəki qeyri-müəyyənliklərə baxmayaraq, beynəlxalq cəmiyyət Suriya rejiminə və rəhbərinə qarşı davam edən münasibətini mütləq şəkildə dəyişdirməlidir. Xüsusilə də, törətdiyi cinayətlər, dünyada yaratdığı problemlər və təhlükələrdən sonra beynəlxalq ictimaiyyət bütün bunları gözardı edə bilmir.

Rusiyanın qaçqınların geri qayıtmasına fərqli münasibətinin mərkəzində bütün müvafiq regional və beynəlxalq tərəflərdən fərqli olan hədəfləri var. Rusiya bu tərəflərin hədəflərindən özünün və müttəfiqlərinin hədəflərinə çatmaq üçün istifadə edir. Bu hədəflərdən ən vacibləri isə belədir: Əsəd rejiminin yenidən önə sürülməsi və beynəlxalq cəmiyyətlə münasibətlərinin normallaşdırılması.

Yenidənqurma üçün müttəfiqləri İran və Əsəd rejimi ilə birlikdə qaçqınların geri göndərilməsindən istifadə edərək onları mövcud şərtlərdən siyasi və iqtisadi olaraq ən çox fayda götürən tərəflərə çevirəcək. Suriyalı qaçqınların iki ölkədəki ağırlığına görə Livan və İordaniyanın artan şikayətləri nəticəsində Moskva son 4 ildə bu ölkələrlə fərdi təmaslar qurur, həmçinin bölgə və dünya ölkələri ilə məsləhətləşmələr aparır. Həm də təzyiq və güc tətbiq edərək belə qaçqınların geri dönməsini təmin etməyə çalışır.

Əslində, bəzi qaçqınlar Livandakı Hizbullah, Ordu və Livan İctimai Təhlükəsizliyinin təzyiqi və məcburiyyəti ilə ölkələrinə qayıdıblar. Lakin Moskvanın səylərinin ciddi bir nəticəsi olmayıb. Bunun səbəbləri də Suriyadakı yoxsul həyat, dolanışıq və maddi şərtlər, həmçinin Əsəd rejiminin geri dönənlərə qarşı göstərdiyi münasibətlə əlaqəlidir. Geri dönmək istəyənlər əvvəlcə rejimdən təsdiq almalıdırlar.

Ancaq bu rejim qayıdan insanların öz şəhərlərinə və evlərinə getmələrinə icazə vermir. Yalnız özünün müəyyənləşdirdiyi yerlərdə yaşamalarına icazə verir. Üstəlik, geri qayıdanlar rejimə və müttəfiqlərinə sadiq olan təhlükəsizlik qüvvələri və milisləri tərəfindən şantaj, repressiya və müdaxiləyə də məruz qalırlar. Lakin Moskvanın Livan və İordaniya ilə qaçqınların geri qaytarılması istiqamətində bir irəliləyiş əldə etməməsi beynəlxalq cəmiyyətdəki səylərinə mane olmayıb. Əksinə qaçqınların geri qaytarılmasına qarşı çıxmasına və onların köçürülməsindəki roluna baxmayaraq, Əsəd rejimini 11-12 noyabr tarixlərində Dəməşqdəki suriyalı qaçqınların geri dönməsini müzakirə etmək üçün beynəlxalq bir konfrans qəbul etdiyini elan etməyə məcbur buraxıb.

Keçmişdə olduğu kimi, Rusiya bu səyləri də geniş beynəlxalq və regional təzyiqlə qarşılaşdı. Çünki bunun kökündə qaçqınların geri dönməsi üçün Rusiyanın yerinə yetirməli olduğu şərtlərdən qaçmaq istəməsi var.

Əsəd rejimi qaçqınların geri dönməsi üçün ilk növbədə onların ölkələrini tərk etmələrinə səbəb olan şərtləri dəyişdirməyə məcbur qalmalıdır. Bunların başında siyasi və təhlükəsizlik şərtləri var və bunlar daha da pisləşiblər. Rejimin yürütdüyü siyasətlər nəticəsində Suriyadakı sağlamlıq sisteminin tamamilə çökdüyü bir zamanda meydana gələn Covid-19 epidemiyası və ölkədə hökm sürən iqtisadi fəlakətin fonunda Suriyada həyat getdikcə çətinləşir.

Rusların ünsiyyət qurduğu bir çox hökumət bilir ki, Moskvanın əsas məqsədi qaçqınların geri qaytarılması deyil. Onlar həmçinin, Rusiyanın Suriyanın yenidən qurulması və Əsəd rejiminin nəzarəti altında yardım göstərilməsi üçün bundan istifadə etdiyini başa düşürlər. Müvafiq ölkələrin çoxu dəfələrlə bu fikri siyasi həll yolundan ayrı şəkildə başa düşməyin əleyhinə olduğunu bildirib. Suriyanın yenidən inşası və yardım məsələsini Moskvadakı Əsəd rejiminin siyasi barışıq prosesində praktik addımlar atması ilə əlaqələndirirlər.

Covid-19 partlayışının şərtlərini və iqtisadiyyatlarına təsirlərini nəzərə alaraq düşünürəm ki, bu ölkələr ruslara açıq şəkildə deməsələr də, Əsəd rejimi altında olan Suriyaya kömək etmək niyyətindədirlər. Çünki bu ölkələr BMT-nin verdiyi yardımlar kimi onların yardımlarının da rejim, İranRusiya tərəfindən bölüşdürüləcəyini və suriyalılar üçün lap az qalacağını bilirlər. BMT-nin Suriyaya göndərdiyi yardımın Əsəd rejimi tərəfindən talan edildiyi və böyük bir hissəsinin tərəfdarlarına və muzdlulara paylandığı məlumdur.

Rusiyanın Suriyadakı vəziyyətində onun barbarlığı, qaniçənliyi və dünyaya dediyi yalanları var. Məsələ burasındadır ki, dünya və ya onun əsas aktyorları da bu rus oyununa aldanmağı qəbul edirlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar