Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ seçkilərinin dünya iqtisadiyyatına mümkün təsirləri...

Dolların dəyərinin düşməsi və artması ölkə iqtisadiyyatına təsir etdiyi qədər, dünya iqtisadiyyatına da dərindən təsir göstərir...

Erdal Tanas Karagöl
“Yeni Şafak” qəzeti, Türkiyə, 2 noyabr 2020-ci il

ABŞ seçkilərində qalibin hazırkı prezident Tramp və ya Demokrat namizəd Bayden olacağı sabah müəyyənləşəcək. Sabah ABŞ-da keçiriləcək seçkilər, şübhəsiz ki, daxili və xarici siyasətlərlə yanaşı, milli iqtisadiyyatlar üçün də vacib bir gündəm maddəsidir.

Yeni seçilən prezidentin iqtisadiyyatın gedişatı baxımından çox kritik bir rola sahib olacağı aydındır. Çünki Covid-19 epidemiyası bütün dünyada davam edir, epidemiyaya nəzarət etmək üçün davam edən peyvənd tədqiqatları qeyri-müəyyən vəziyyətdə qalıb və həmçinin, Aİ ölkələrində başlayan yeni bir epidemiya dalğasına görə iqtisadiyyatlardakı qeyri-müəyyənlik də davam edir.

ABŞ-dakı müzakirələrin mərkəzində Trampın epidemiyaya görə iqtisadiyyatları bağlamamaq barədə səsləndirdiyi fikirləri ilə Baydenin epidemiyanı idarə etmək üçün karantin tədbirləri ilə iqtisadiyyatları bağlamağın zəruriliyi barədə fikirləri ziddiyyət təşkil edir. Bu səbəblə, ABŞ-da seçiləcək prezident tərəfindən həyata keçiriləcək siyasətlər bütün dünya iqtisadiyyatına güclü şəkildə təsir edəcək.

ABŞ-ın iqtisadi gücü

ABŞ iqtisadiyyatı 21,4 trilyon dollar ÜDM ilə dünyanın ən böyük iqtisadiyyatıdır. Dünyanın ən böyük iqtisadiyyatı ilə 14,4 trilyon dollarlıq ÜDM-si ilə dünyanın ikinci böyük iqtisadiyyatı olan Çin iqtisadiyyatı arasındakı rəqabət və xüsusən də Trampla başlayan ticarət müharibələri dünya iqtisadiyyatının istiqamətinə, güc balansına və siyasi gücünə təsir edir.

ABŞ-ın Çinlə ticarət müharibəsini davam etdirməsi və xarici ticarətdə kəsri olduğu ölkələrlə ticarət müharibəsinə girməsi həm Ümumdünya Ticarət Təşkilatının fəaliyyətini itirməsinə, həm də ticarətdə digər ölkələrlə qarşıdurma problemlərinin dünya ticarətinin yenidən formalaşmasına səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, ABŞ Mərkəzi Bankı (FED) atdığı addımlarla dünya iqtisadiyyatlarına, xüsusən də xarici maliyyəyə ehtiyacı olan ölkələrə təsir etmək gücünə sahibdir. FED-in çap etdiyi dollar dünyanın ehtiyat valyutasıdır. Dünyanın işləyib yığdığı ehtiyatları ABŞ pul çap edərək əldə edir. Bu səbəbdən, dolların dəyərinin düşməsi və artması ölkə iqtisadiyyatına təsir etdiyi qədər, dünya iqtisadiyyatına da dərindən təsir göstərir.

ABŞ II Dünya Müharibəsindən sonra qurulan və dünya iqtisadiyyatına rəhbərlik edən BVF və Dünya Bankı kimi qurumları əlində tutaraq bu qurumlar vasitəsilə dünyadakı iqtisadi güc tarazlığına nəzarət edir. Bu səbəbdən, ABŞ-ın iqtisadi güc itirməsi bu qurumların dünya iqtisadiyyatı üzərindəki gücünü itirməsi mənasına gəlir.

ABŞ öz iqtisadi gücü ilə dünya iqtisadiyyatına təsir etməklə yanaşı, həm də seçilən yeni prezidentin beynəlxalq bazarlarda həyata keçirəcəyi iqtisadi siyasətlər, dünyanın iqtisadi mənzərəsi, Covid-19 səbəbiylə böyümə sürətinin azalması və qeyri-müəyyənliklərin azaldılması məsələsində təsirli olacaq. Bu səbəbdən, keçiriləcək prezident seçkilərində yeni prezidentin diqqət mərkəzində saxlamalı olduğu ən vacib mövzulardan biri iqtisadiyyatdır.

ABŞ seçkilərinin Türkiyə üçün önəmi

ABŞ prezident seçkilərinin Türkiyə üçün önəmi də olduqca böyükdür. ABŞ üçün Türkiyənin bölgədəki mövqeyi nə qədər vacibdirsə, Türkiyə iqtisadiyyatının xarici maliyyələşdirməyə ehtiyacı olduğu bu dövrdə S-400-ə görə ABŞ-la gərginliyin azaldılması, ölkəyə vəsait axınını təmin etmək və iqtisadiyyatdakı riskləri azaltmaq məsələsində seçiləcək prezidentin yanaşması da bir o qədər vacibdir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar