Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 79 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə ötən gün keçirdiyi monitorinqlər zamanı ümumilikdə 79 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib.

PİA.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, yoxlamalar zamanı Yasamal rayonunda “Oba market”də, “Twins Cake” ticarət obyektində, Nəsimi rayonunda “Al market”də, Cəbirə Hüseynovaya məxsus mağazada, Binəqədi rayonunda Novruz Novruzova məxsus “1001 xırdavat” mağazasında, Elnur Qənbərova, Kamil Orucova məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda “Market FR2”də, “Ətçi mağazası”nda, "Promart" MMC-yə məxsus “Market”də, Nərimanov rayonunda Raqub Quliyevə, Kərəm Kərimova məxsus mağazalarda, Yasamal rayonunda Səməd Teymurova məxsus “Ət dükanı”nda, Xəzər rayonunda Dadaşəli Əliyevə məxsus tikinti materialları, Canbulad Əliyevə məxsus ərzaq mağazalarında, Sabunçu rayonunda Natiq Şəfiyevə məxsus “Tikinti materialları mağazası”nda pozuntu aşkar edilib.

Bundan əlavə Suraxanı rayonunda “Step ayaqqabı mağaza”da, Elnur Səlimova məxsus “Qadın geyimləri mağazası”nda, Nizami rayonunda “Elmir market”də, “Meyvə bazarı mağaza”da, Qaradağ rayonunda “Qaradağ market”də, Xətai rayonunda “Avto city” ticarət, Əli Məmmədova məxsus xidmət obyektlərində, Gəncə şəhərində "Super fon telefon aksessuarları mağazası”nda, “Ay mini uşaq mağazası”nda, Sumqayıt şəhərində “Qayalı market”də, “Diana market”də, Rəhman Əsgərova məxsus geyim mağazasında, Abşeron rayonunda “Bab life mağaza”da, “Emin market”də, “Ruslan market”də, Quba rayonunda Maxsud Cəbrayılova, Elnur Sultanova məxsus pərakəndə ticarət obyektlərində, Sabirabad rayonunda Möhübbət Vəliyevə, Rəhman Cəfərova məxsus mağazalarda, Şəki rayonunda Bəylər Mərdanova məxsus mağazada, Ehtibar Qasımova məxsus stomatoloji kabinetdə, Şəmkir rayonunda Laura Rəhimovaya məxsus inşaat malları mağazasında, Elnur Nuruyevə məxsus pərakəndə ticarət obyektində, Lənkəran rayonunda Sarvan Əliyevə, Aydın Səfərova məxsus mağazalarda, Cəlilabad rayonunda Dürdanə Cəfərovaya, Yeganə Abdullayevaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə, 79 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar