Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov: "Makron heç Fransanın əyalətlərini düzgün tanımır..."

Düşmən hər zaman məkrli niyyətdə olub. Ermənistan dünya ölkələrinin rəhbərlərinə atəşkəsin bərpası ilə bağlı çağırışlar etməklə yanaşı, Azərbaycanın yaşayış məntəqələrini ardıcıl atəşə tutur.

Düşmənin məqsədi tamamilə çirkin niyyətə hesablanıb. Onlar istəyirlər ki, Azərbaycan da işğalçı Ermənistan kimi Cenevrə konvensiyasının müddəalarını pozsun. Məqsədləri ondan ibarətdir ki, Ermənistanın da yaşayış məntəqələri Azərbaycan tərəfindən atəşə tutulsun. Amma Ali Baş Komandan tərəfindən də dəfələrlə bəyan edilib ki, Azərbaycan dövləti mülki insanlarla mübarizə aparmır. Dövlətimiz mülki insanların həyatına tam təminat verir.

Bu fikirləri Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Dağlıq Qarabağda və ondan kənarda yaşayan dinc sakinlər Azərbaycan Ordusu üçün hədəf deyil:

"Azərbaycan ordusunun əsas hədəfi işğal edilmiş torpaqlarımızı azad etməkdir. Hazırda ordumuz tərəfindən düşmən silahlı birləşmələrinə, terror qruplarına qarşı məhvetmə əməliyyatları icra edilir.

Düşmənin digər çirkin niyyəti ondan ibarətdir ki, Azərbaycanı daha geniş təxribatlara çəksin. Bununla da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu proseslərə qoşmağa nail olsun. Azərbaycan öz ərazi bütövlüyünü təmin edir və heç bir üçüncü dövlət və yaxud təşkilatın bu prosesə qatılmasına imkan yoxdur.

Azərbaycan BMT tərəfindən tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünün təminatını həyata keçirir və heç bir ölkənin ərazisinə daxil olmayıb. Bu baxımdan başqa dövlətlər bu müharibəyə qarışa bilməz".

Millət vəkilinin sözlərinə görə, indiki halda dövlətlərin hər bir prosesi izləmək üçün böyük imkanları mövcuddur: “Müasir radar sistemləri vasitəsilə iddia edilən bütün məsələlərə aydınlıq gətirmək mümkündür. İlk növbədə ermənilərin və Makronun iddiaları ondan ibarət idi ki, guya qardaş Türkiyənin F-16-sı erməni təyyarəsini məhv edib. Cənab Prezident tərəfindən də vurğulandı ki, bunlar yalan xəbərlərdir və indiki halda düşmən özü onu dövriyyəyə buraxır.

Digər iddiaları ondan ibarət idi ki, guya Azərbaycan tərəfinə Suriyadan döyüşçülər cəlb edilib. Bu iddialar da tamamilə yalan və uydurma xəbərlərdir. Azərbaycanın buna ehtiyacı yoxdur. Dövlətimizin kifayət qədər güclü ordusu var. Ölkədə xalq-iqtidar birliyi mövcuddur. Xalqımız Ali Baş Komandanın ətrafında sıx biləşib. Ali Baş Komandanın bir əmri ilə əli silah tutan hər bir vətəndaşımız düşmənə qarşı döyüşməyə hazırdır”.

Deputat onu da əlavə edib ki, bütün bunların fonunda Fransa Prezidenti Emmanuel Makronun mövqeyi tamamilə qeyri-ciddi bir yanaşmadır:

”O, heç Fransanın əyələtlərini doğru-düzgün tanımır. Amma Ermənistan təyyarəsinin haradan, necə uçduğu ilə bağlı fərziyələr irəli sürür. Erməni yalanlarının təsiri altında Fransa kimi bir dövlətin başçısının özünü hansı səviyyəyə saldığı aydın görünür".(Teleqraf)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar