Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əli Həsənov Türkiyədə oturub, öz kayfındadır" - Hafiz Hacıyev

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyə klinikasında müalicə aldığı barədə xəbər öz təsdiqini tapmayıb. Belə ki, sözügedən klinikadan bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmayıb. Bundan əlavə hazırda Əli Həsənov Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər istirahət etməsi barəsində də iddialar səsləndirilir. Sözügedən villa Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı, Gürsu ünvanında yerləşir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, onlar Azərbaycan dövlətini və qanunlarını dolayıblar:

“Əli Həsənovun böyüyü Ramiz Mehdiyev və onun kürəkəni bir aydır ki, jurnalistləri, onları tənqid edənləri hədələyirlər. Ramiz Mehdiyev deyir ki, əlimdəkiləri açsam, yerlə göy bir olar. Bunlar haqqında təcili tədbirlər görülməlidir. Biz siyasətçilər dövlətimizi onlardan qorumaq üçün canımızı fəda etmişik. Onlar Antalyada dincəlirlər. Əli Həsənov və digərlərinin nəinki Türkiyədə, Yunanıstan və Kipr adalarında villaları var. Sizin və mənim kimi imkansız deyillər. Milyardlar yığıblar, bu gün də o pullarla insanlarımızla məzələnirlər. Onların məqsədi dövlət çevrilişi etməkdir. Burda oldular və başqa yerdə, nə fərqi var. Əllərindəki telefonla hər şeyi idarə edirlər. Görün bunlar nə qədər qudurublar ki, qanunları belə saymırlar”.

Hafiz Hacıyev qeyd edib ki, Ramiz Mehdiyev və onun ətrafı təcili həbs edilməlidir:

“Onlar nə vaxta kimi həbs edilməyib, bundan da artıq dövlətimizə xəyanət edəcəklər. Erməni klanı Azərbaycan dövlətində at oynatmağa çalışır. Lakin ölkə başçımızın əzmi sayəsində onlar arzularına çata bilmirlər. Əli Həsənovun oğlu başqa xarici ölkəyə getdi. Özü isə Türkiyədə oturub öz kayfındadır. Türkiyə mediası xəbər verir ki, Əli Həsənov heç vaxt xəstəxanada müalicə almayıb. Ramiz Mehdiyev həbs olunmayana qədər əmin-amanlıq olmayacaq. Onlar hazırda xaricdən Azərbaycana təzyiq göstərirlər. Tutulmağa yaxın özlərini xəstəliyə vururlar. Utanmaz-utanmaz xaricdə oturub deyirlər ki, bizim sərvətlərimiz varsa, gedin götürün. Düşünürəm ki, onların Azərbaycanda olan var-dövləti, villaları, marketləri, otelləri varsa, müsadirə olunaraq dövlətə qaytarılmalı, özləri isə həbs edilməlidir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar