Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həftar atəşkəsin pozulması ilə yenidən səhnəyə qayıtmağa çalışır...

Həftar atəşkəsin uzanmasını istəmir və buna görə də hərbi seçim yolu ilə hədəfinə çatmağa çalışır...

“Mecra” qəzeti, Türkiyə, 1 sentyabr 2020-ci il

Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Həftar beynəlxalq birliyin vasitəçiliyi ilə əldə olunan atəşkəs qərarını pozaraq məğlub olduğu Liviya səhnəsinin ən fəal oyunçularından biri olduğunu göstərmək istəyir.

Liviyada Baş nazir Fayiz əs-Sərracın və ölkənin şərqindəki qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Haftarın siyasi müttəfiqi olan Nümayəndələr Palatasının sədri Akile Saleh 21 avqustda atəşkəs qərarı qəbul etdiklərini açıqlayıb. Xəlifə Həftara sadiq olan qüvvələr 27 avqustda atəşkəsi pozaraq Sərrac qüvvələrinin yerləşdiyi ərazilərə 12-dən çox “Qrad” raketi atıb.

Bu günə qədər siyasi məqsədlərinə hərbi yolla çatmağa çalışan Həftar bu razılaşmanın əsas tərəflərindən biri olmadığına və şərq milisləri üzərindəki gücünün öz rəqiblərindən birinin lehinə olaraq zəifləyəcəyindən çox narahatlığını göstərir.

Cəbhə xəttlərində vəziyyət yenidən qızışır

Bu səbəbdən, Həftar Sərracın qanuni rəhbərliyi altında Liviya ordusunun mövqelərinə çox sayda raket ataraq Liviyanın müharibə və sülh nizamının əsas oyunçularından biri olduğunu göstərməyə çalışır. Hücum Liviya ordusuna zərər verməsə də, cəbhə bölgələrində vəziyyətin yenidən gərginləşməsinə səbəb olub. Müşahidəçilərin fikrincə, bu bombardmanın əsas məqsədi Akile Salehi aciz hala gətirərək Həftardan əmr alan şərq milislərini onun idarə edə bilməyəcəyini göstərmək və parlamenti atəşkəsi pozmağa məcbur etməkdir.

Liviyanı devrilmiş lider Müəmmar Qəddafinin idarə etdiyi kimi idarə etmək istəyən təxribatçı general Həftar siyasi və hərbi atəşkəsin uzadılmasını istəmir və bunun üçün də hərbi yolla hədəfinə çatmağa çalışır. Liviyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi Tahir əs-Sünni məsələ ilə bağlı sosial media hesabındakı paylaşımında Tripoli və ətrafında müharibə edənlərin atəşkəsə əməl etməyəcəklərini və hər hansı bir təhdidi qəbul etməyəcəklərini bildirib.

Həftar Sirtdəki hadisələri ört-basdır etməyə çalışır

Həftar milislərinin hücumları ilə eyni vaxtda devrilmiş lider Qəddafi tərəfdarlarından olan bir nəfərin Həftar qüvvələri tərəfindən öldürülməsi bölgədəki gərginliyi daha çox artırıb. Həmçinin, Qəddafinin üzv olduğu Qəzazifə qəbiləsi ilə Həftar milisləri arasında kiçik toqquşmalar da baş verib.

Bölgədə artan təhlükəsizlik problemi medianın bu mövzuya diqqət yetirməsi ilə daha da aydın görünməyə başlayıb. Çıxan xəbərlərdə Həftar milisinin nümayişlərdə etirazçılara necə sərt müdaxilə etdiyi bəlli olub. Bunu ört-basdır etmək və medianın diqqətini yayındırmaq istəyən Həftar milisləri də Liviya ordusu ilə qarşıdurma xəttlərinə atəş açaraq başqa cəbhələrdə də gərginliyin yaranmasına səbəb olub. Həftar, eyni zamanda Tripolidə daha yaxşı bir həyat tələb edən dinc nümayişlərə sızmağa çalışan tərəfdarlarının motivasiyasını yüksəltməyə çalışır.

Həftar qüvvələri atəşkəsi pozandan bir müddət əvvəl ABŞ Dövlət Katibi Mayk Pompeo Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həmkarı Abdullah ibn Zayid və Milli Təhlükəsizlik Müşaviri Tahnun ibn Zayid ilə Əbu-Dabidə Liviyadakı atəşkəsin dəstəklənməsi barədə müzakirələr aparıb.

Liviya Baş naziri Sərrac 21 avqustda atəşkəs elan edib.

Bir çox müttəfiqinin təxribatçı liderdən uzaqlaşmasına və Amerikanın BƏƏ-yə qarşı olan təzyiqlərinə baxmayaraq, Əbu-Dabi hələ də Xəlifə Həftarın ən böyük dəstəkçisidir. Həftar beynəlxalq ictimaiyyətin və Sirtdəki Liviya əsgərlərinin reaksiyasını yoxlamaq üçün atəşkəsi pozub.

Liviya Milli Razılaşma Hökumətinə bağlı olan birliklərin sözçüsü Məhəmməd Qanuni verdiyi açıqlamada atəşkəsə müdaxilə etmək üçün Baş nazir Sərracın əmrlərini gözlədiklərini qeyd edib. Lakin indiyədək kövrək atəşkəsi sabotaj edən Həftarın təxribatçı hücumlarına cavab vermək üçün Sərrac tərəfindən heç bir əmr verilməyib.

Atəşkəs razılaşmasından sonra Həftar qüvvələri və rus muzdluları Sirtdən və Cufradan geri çəkilməyib. Əksinə bu qüvvələr hərbi varlıqlarını daha da möhkəmləndirdilər. Bundan əlavə, yaxın zamanda neft sahələrinin və limanlarının açılması ilə bağlı heç bir işarə olmadan neft sektorunun itkiləri 9 milyard dolları keçib.

Görünür, Saleh və Sərrac arasındakı bu razılaşmanın sonu da Həftarın geri çəkildiyi Paris, Roma, Əbu-,Dabi, Moskva və Berlindəki razılaşmaların taleyinə bənzəyəcək.

Xalqın hərəkətliliyi hərbi səssizliyi əvəz edir

Müharibə bölgələrindəki səssizlik, elektrik enerjisinin kəsilməsi, banklarda maliyyə likvidliyinin olmaması, korrupsiya, adam qaçırmaq və sui-qəsdlərin yayılmasına görə atəşkəsdən yaranan hərbi səssizliyi ictimai hərəkatlar əvəzləyir. Xalq Recme bölgəsində ötən həftənin cümə axşamı günü Həftarın Benqazidəki qərargahına gedən yolu bağlayıb.

17 yanvarda Həftara bağlı olan qrupların sonuncu dəfə neft ixracatını dayandırması maliyyə böhranına, banklar qarşısında növbələrə və elektrik enerjisindəki kəsintilərə səbəb olmaq baxımından böyük ölçüdə təsirli olub. Həftar tərəfdarları Tripolini və Liviyanın qərbindəki şəhərləri bəsləyən Şüveyrif kəndindəki süni çayın kranlarını Tripoliyə hücum əsnasında bağlayaraq Həftar milislərinin məğlubiyyətindən sonra səs-küy yaradan bir böhrana səbəb oldular. Həftar və milislərinin yaratdığı müharibələr Afrika qitəsinin təsdiqlənmiş ən böyük neft ehtiyatlarına sahib olan Liviyada insanların yoxsullaşmasına gətirib çıxarıb.

Qeyd edək ki, Liviyanın neft ehtiyatlarının 80%-dən çoxunun yerləşdiyi şərq bölgələrini işğal edən Həftar BMT tərəfindən tanınan qanuni Liviya hökumətinə qarşı neftdən siyasi vasitə kimi istifadə etmək üçün 18 yanvar tarixindən bəri neft limanlarını və obyektlərini qapalı vəziyyətdə saxlayır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Liviya Həftar neft

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar