Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aralıq dənizində gərginlik davam edir: Almaniya-Türkiyə ittifaqı gündəmə gəlir...

ABŞ Almaniya və Türkiyənin Aralıq dənizində ortaqlıq etməsi ehtimalına qarşı bir addım atmağa hazırlaşır...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 27 avqust 2020-ci il

Heç vaxt daxili siyasəti xarici siyasətdən ayrı düşünmək olmaz.
Türkiyənin dünya nizamındakı yeri və ittifaqları çox önəmlidir. Daxildəki siyasi hərəkatlar isə bunu özlərinə yaxın olan koordinatlara çevirmək istəyirlər.
Siyasətin əsas məqsədi də budur. Bir çox yerdə bu belədir. Ancaq məsələ Türkiyə olduqda vəziyyət dəyişir.

Artıq bölgədəki hər vəziyyət Türkiyəyə də aid edilir. Dünyanın son düyünü Aralıq dənizində açılacaq. Belə olduqda Türkiyə həmişə hər vəziyyətdə önə çıxacaq.

Qeyd etdiyim kimi, Avropanın böyük oyunçusu Almaniya Rusiya və Çinlə arxa qapıdan görüşür və yoluna davam edir. Ancaq əsas məsələ Türkiyəni də yanında görmək istəməsidir. Bunun üçün də hər cür vəd verir və hər addımı atır. Bundan narahat olanlar arasında isə ilk olaraq Amerika Birləşmiş Ştatları var. Buna görə də ABŞ-ın Almaniyadakı əməliyyatını Rusiya üzərindən izləməyə başladıq.

Lakin, görünür, Pompeo Cina Haspel ilə ya bir sınaq həyata keçirdi, ya da əllərində heç bir silah qalmadı. Rusiya və Almaniya bağlı qapılar arxasında çox ciddi müqavilələr imzalayıb. Yeni dövrdə Almaniya və Rusiyanı heç bilinməyən bir nizamın içində görəcəyik.

Suriya və Liviyadakı proseslərə bu şəkildə yanaşmaq daha faydalıdır. Bunu başa düşən ABŞ da bu ittifaqı pozmaq üçün müəyyən addımlar atır.

İlk növbədə NATO-nun bütün təhlükəsizliyini məhv edəcək Şimal Axını layihəsi hədəf kimi seçildi. ABŞ Şimal Axını layihəsinə mane olmaq üçün Berlin və Moskvanı üz-üzə qoymalı olduğunu bilir. Berlin və Moskva da bunu başa düşüb. Bunun üçün də öhnə üsullara müraciət edilir, yəni sui-qəsdin qapısı açılır.

Xatırlayırsınızsa, 2015-ci ilin noyabr ayında dünya sarsıdıcı bir xəbərlə günə başlamışdı. Suriya sərhədində Türkiyənin hava məkanını pozan bir qırıcı təyyarə saat 09:30 radələrində Türk Silahlı Qüvvələrinə aid iki F-16 təyyarəsi ilə nişan alma qaydalarına uyğun şəkildə vurulmuşdu. Həmin döyüş təyyarəsinin Türkmənistan bölgəsinin Yamani kəndindəki çadırların üzərində düşdüyü iddia edilmişdi. Sözügedən təyyarənin Su-24 tipli Rusiya döyüş təyyarəsi olduğu bildirilmişdi.

Vəziyyət bu idi: NATO üzvü olan Türkiyə güclü bir ölkədir və rus döyüş təyyarələrini vurur. Böhran çox böyük idi və gərginlik uzun müddət davam etdi. Rusiya əlindəki iqtisadi silahdan istifadə etməyə başladı. Türkiyə isə geri addım atmadı və bu zaman diplomatiya meydana gəldi. Beləcə, zamanla münasibətlər yumşaldı.

Lakin bunları görən MKİ yenidən səhnəyə çıxdı. İki ölkə arasında bir boşluq yaratmaq istəyən ABŞ Rusiya səfiri Karlovu hədəfə aldı. Rusiya səfiri Karlov 2016-cı ildə Müasir İncəsənət Mərkəzində foto sərgisinin açılışı zamanı təşkil edilən hücumda həyatını itirdi. Ankara Çevik Qüvvələrinin Şöbə Müdirliyində işləyən cinayətkar Mövlud Mert Altıntaş isə xüsusi hərəkat polisi ilə girdiyi toqquşmadan sonra öldürüldü. Çünki bu iki paytaxtın bir-birindən uzaq durmasını istəyirdilər.

Eynilə bu ssenariyə uyğun olaraq, Almaniya və Rusiya da arası pozulmalı və
Karlovun taleyinə bənzər bir plan hazırlanmalı idi. Yəni MKİ Almaniyanın Moskvadakı səfiri Giza Andreas fon Gaya öldürülməli idi. Buna uyğun olaraq da “Birdən Almaniya ilə Rusiya arasındakı münasibətlər pisləşməsə necə olacaq?” kimi suallar ön plana çıxmağa başladı. Karlov sui-qəsdi uzaq bir tarixdə baş verməmişdi. Nümunə ortada idi. 100% uğurlu olan sui-qəsd 100% uğursuz olmuşdu. Elə buna görə bu sui-qəsddən imtina edildi.

Bu dəfə isə bütün oxlar rus müxalifətçisi Aleksey Navalnıya doğru çevrildi. İndi o edam ediləcəkdi. Ancaq MKİ Aleksey Navalnının Putin qarşısında təsirsiz bir rəqib olduğu qənaətinə gəlib. Rusiyada Almaniyaya yaxın olan yeganə müxalif Aleksey Navalnı olduğu üçün onun edam edilməməsinə deyil, zəhərlənməsinə qərar verildi.

Qurban artıq məlum olmuşdu. Ancaq bu əməliyyat ölümlə nəticələnməməli idi və elə də oldu. Moskvaya gedən təyyarədə Amerika agentləri tərəfindən zəhərləndi. İçdiyi çayda zəhər var idi, amma ölməməli idi. Çünki Almaniya Navalnının müalicə etmək istədu, lakin sərt mövqe sərgiləyən Putin buna icazə vermədi və diplomatiya da bu problemi həll edə bilmədi. Nəticədə, iki ölkə arasındakı münasibətlər gərginləşdi. Plan məhz bu idi.

MKİ Putini çox yaxşı tanıyırdı. Berlinin bütün tələblərinə baxmayaraq, Kreml Aleksey Navalnının Berlində müalicə olunmasına icazə vermədi. Ancaq Putin Şimal Axını layihəsi ilə bağlı bir problem baş verməməsi üçün Navalnının Almaniyaya getməsinə icazə verib. Kreml, həmçinin Navalnının MKİ tərəfindən necə zəhərləndiyini sübut edən sənədləri almanlara təhvil verib. Almanlar Şimal Axını hədəfdə olduğu üçün Navalnının zəhərləndiyini bilirlər.

Almaniyanın səlahiyyətli nümayəndələri daha bir maraqlı addım atıblar. Navalnının zəhərlənmə ilə əlaqəsi olmayan bir xəstəliklə mübarizə apardığını açıqladılar. Əslində Navalnı zəhərlənmişdi. Lakin Almaniya ABŞ-ın oyundakı əlini görmüşdü. Üstəlik, Almaniya enerji məsələsində Rusiyadan Ukraynanı kənarlaşdırmasını istəyib və belə də olub. Bu, tamamilə bir vəziyyətdir və ABŞ bundan şiddətlə narahat olur. NATO da belə düşünür və onlara qarşı əməliyyat aparıldığını anlayır.

Əgər bu layihə Ukraynadan keçsəydi, ABŞ üçün heç bir problem olmayacaqdı. İndi isə ABŞ Almaniya və Türkiyənin Aralıq dənizində ortaqlıq etməsi ehtimalına qarşı bir addım atmağa hazırlaşır. Bu addımın məqsədi Yunanıstanla Türkiyə arasında müharibə yaratmaq ola bilərmi?
Bu ehtimal heç də mümkünsüz deyil.

Aralıq dənizi daxildəki bir çox insanın başa düşmədiyi bir mövzudur. Lakin proseslər Aralıq dənizini dünyanın mərkəzi kimi önə çıxaracaq. Türkiyə bunu gördü və hərəkətə keçdi. Liviyada təkcə Həftarı deyil, bir çox naməlum ittifaqı məhv etdi. Bu da masada Ankaraya yeni bir güc verdi. Türkiyənin istiqamətini dəyişdirmək üçün iqtisadi təzyiqlər artacaq, daxildəki siyasət gərginləşəcək və kənar gələn təzyiqi güclənəcək. bunu görmək üçün jurnalistləri uzatmağa ehtiyac yoxdur. Ancaq Türkiyə bölgənin ən güclü ölkəsidir və bu, belə də qalacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar