Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlal İsayev: “Artıq Türkiyədə yenidən sərt karantin rejimi tətbiq edilib”

"Əgər insanlar qoyulan tələblərə əməl etməsə, yumşaldılmaya gedilməsə belə, koronavirusa yoluxma sayı arta bilər".

Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, qarşıdan payız fəsli, soyuq aylar gəlir: “Viruslar da soyuq temperatura dözümlü olur. Uzun müddət xarici mühitdə qala bilir. Yəqin ki, bunun da yoluxmalara təsiri olacaq. Bunlar epidemiyanın güclənməsinə səbəb olan faktorlardan biri ola bilər.

Vətəndaşlara tövsiyələrimiz dəyişilməz olaraq qalır. Onlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qaydalara əməl etsinlər. Başqa heç nə tələb olunmur. Onlara əməl olunsa, hamımızın arzuladığı yumşaldılmalar daha tez və qalıcı olar".

C.İsayev tövsiyələrə əməl olunmayacağı təqdirdə yumşaldılma prosesinin dayandırılacağı və yenidən karantin rejiminin sərtləşməsinə səbəb ola biləcəyini bildirib: "Artıq Türkiyədə bəzi bölgələrdə yenidən sərt karantin rejimi tətbiq edilib. Hərə çıxır bir söz danışır. Amma fakt öz yerində qalır.

Ölkəmizdə koronavirusa yoluxma hallarının azalıb, sağalma hallarının artmasına baxmayaraq, bunların qalıcı olması üçün qaydalara riayət etmək lazımdır".(Report)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar