Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aeroportun idarə edilməsi AZAL-dan ayrılmalıdır” - Ekspert

Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri: “AZAL dövlət şirkətləri içərisində ən çox qapalı işləyən və şəffaf olmayan şirkətdir”.

“Aeroportun idarə edilməsi AZAL-dan ayrılmalıdır. Yəni aeroportu başqa bir şirkət idarə etməlidir, uçuşları isə başqa şirkət həyata keçirməlidir”.

Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev prezidenti İlham Əliyevin dünən keçirdiyi müşavirədə AZAL-ı sərt tənqid etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev dünənki müşavirədə AZAL-ın fəaliyyətindən danışıb. O bildirib ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb. Bütün aeroportlar dövlət tərəfindən tikilib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir.

Qeyd edək ki, AZAL-ın prezidenti az qala qeyri-rəsmi milyarder olaraq tanınır.Ümumiyyətlə AZAL kimi monopolist və dünya qiymətləri ilə münasibətdə ən yüksək qiymətlərlə çalışan bir şirkət dövlətdən subsidiya alması necə baş verir? Hökümətin belə bir quruma hər il milyonlarla manat vəsait ayırmasını necə şərh etmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri, iqtisadçı- ekspert Samir Əliyevlə müzakirə edib.

Samir Əliyev: “Biz AZAL-ın hesabatını bu günə qədər heç yerdən tapa bilmirik ki, görək onun hesabatı, gəliri nə qədərdir. Həmçinin də vəsaitin hara xərcləndiyi və yaxud da şirkətin nə qədər borcu olduğunun da hesabatı yoxdur”.

AZAL-da korporativ idarəetmə sisteminin tətbiq edilməli olduğunu düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, orada nə şəffaflıq, nə səmərəlilik var, nə də resursların nə dərəcədə səmərəli xərclənməsi ilə bağlı əminlik var:

Azərbaycanın artıq çoxdan, müstəqilliyin ilk illərindən bazar iqtisadiyyatın keçməsinə baxmayaraq reallıqda əsas sahibkarlıqla dövlət məşğul olur. Sahibkarlıqla dövlət məşğul olduğuna görə də özəl sektor kənarda qalıb. Azərbaycanda ən yaxşı halda özəl sektor kiçik bizneslə məşğul olur. SOCAR-ın timsalənda neft, qaz, AZAL-ın timsalında hava nəqliyyatı və başqa sektorların hamısı dövlətindir və bu şirkətlər birbaşa inhisarçıdırlar.

Bunlar dövlət şirkətləri olduğunu görə də çox səmərəsiz idarə edilir. Məlumdur ki, dövlət şirkətlərinə hər il dövlətdən milyonlarla vəsait ayrılır. Məsələn AZAL-a dövlət tərəfindən təyyarələr alınır, aeroportlar tikilir. Amma buna baxmayaraq AZAL-ın göstərdiyi xidmətlərin keyfiyyəti yaxşı deyil və qiymətləri isə dünya qiymətləri ilə müqayisədə bahadır.

Əgər AZAL özəl şirkət olsaydı, ona dövlət tərəfindən bu qədər dəstək və subsidiya almazdı. Amma bir daha qeyd edim ki, dövlət tərəfindən AZAL-a həri il milyonlarla vəsait sərf edilir. Bəs bu vəsait hara gedir? AZAL kimi dövlət şirkətinin heç bir hesabatı yoxdur. Biz AZAL-ın hesabatını bu günə qədər heç yerdən tapa bilmirik ki, görək onun hesabatı, gəliri nə qədərdir.

Samir Əliyev: “İlk növbədə AZAL-ın monopolist durumu ortadan qaldırılmalı, şirkətdə korporativ idarəetmə sistemi tətbiq edilməli və bundan sonra digər problemlər öz həllini tapmalıdır”.

Həmçinin də vəsaitlərin hara xərcləndiyi və yaxud da şirkətin nə qədər borcu olduğunun da hesabatı yoxdur. AZAL dövlət şirkətləri içərisində ən çox qapalı işləyən və şəffaf olmayan şirkətdir. Hesab edirəm ki, bu məsələ həllini tapmalıdır və hesabatlılıq olmalıdır.

Onu da qeyd edim ki, AZAL-da korporativ idarəetmə sistemi tətbiq edilmir. Buna görə də orada nə şəffaflıq, nə də səmərəlilik var, nə də resursların nə dərəcədə səmərəli xərclənməsi ilə bağlı əminlik var. Düşünürəm ki, AZAL-ın işində şəffaflıq təmin edilməlidir.

Aeroportun idarə edilməsi də AZAL-dan ayrılmalıdır. Yəni aeroportu başqa bir şirkət idarə etməlidir, uçuşları isə başqa şirkət həyata keçirməlidir. Hazırda AZAL monopolistdir. Ona görə də AZAL ucuz avia-kampaniyaların ölkəyə gəlməsinə problem yaradır. AZAL ucuz avia-şirkətləri ölkəyə buraxmır, məcburən buraxanda da aeroportda elə şərait yaradır ki, onların btəyyarəsinə heç kəs minmir. Buna görə də AZAL-lla bağlı indiki mövcud problemlər ortaya çıxıb. İlk növbədə AZAL-ın monopolist durumu ortadan qaldırılmalı, şirkətdə korporativ idarəetmə sistemi tətbiq edilməli və bundan sonra digər problemlər öz həllini tapmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: AZAL


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar