Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İldırım tək çaxıb gedən bəstəkar - Xəyyam Mirzəzadə

Bu ölkədə beş insansevər varsa,
biri Xəyyamdır...

Vaqif Səmədoğlu

Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, pedaqoq, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü Xəyyam Mirzəzadənin anadan olmasının 85-ci ildönümü tamam olur.

Ehtiramla xatırlayaq.

Bir var sadəcə baxıb gedəsən, bir də var – Xəyyam Mirzəzadə demişkən “ildırımtək çaxıb” gedəsən!..

Azərbaycanın görkəmli bəstəkarı Xəyyam Mirzəzadə də özü demiş "ildırımtək çaxıb" getdi...

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, zamanının canlı əfsanəsi, Dövlət mükafatı laureatı, Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Hadı oğlu Mirzəzadədir.

O, musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının əlaqəsinə əsaslanan, özünəməxsus geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.
Qırxadək film, otuzadək səhnə musiqisi, çoxsaylı estrada və caz nümunələri, mahnılar yazmış, “Violin və orkestr üçün” əsərin müəllifi Xəyyam Mirzəzadə 5 oktyabr 1935-ci ildə Bakıda anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub.

Əmək fəaliyyətinə elə həmin ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1971–1983-cü illərdə isə kompozisiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqisinin nailiyyətlərindən uğurla bəhrələnərək, müxtəlif janrlarda qiymətli əsərlər yaratmışdır. Onun ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara böyük şöhrət qazandırıb.

Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən bir sıra filmlərə, eləcə də çox sayda dram tamaşalarına yazdığı musiqilər yüksək dəyərləndirilib.

Xəyyam Mirzəzadə eyni zamanda gözəl nəğmələrin müəllifidir. Onun bəstələdiyi mahnılar uzun illərdir ki, Azərbaycanın görkəmli ifaçılarının repertuarını bəzəyir.

Onun mötəbər konsert salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin dünyada tanınmasında böyük töhfə olub.

Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, bir çox fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Görkəmli bəstəkar Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişib.

O, II Fəxri Xiyabanda dəfn olunub.

Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Hadi oğlu Mirzəzadə dünyasını dəyişsə də, onun əziz xatirəsi unudulmayacaq, musiqisevər xalqımızın, onu tanıyanların qəlbində daim yaşayacaq.

Xatirələrdən:
Ahıl-qocalıq dönəmində hərdən gileylənərmiş ki; “Niyə məni daha çox “Yeddi oğul istərəm”dəki musiqimlə tanıyırlar?..”

Həmsöhbətləri cavabında: “ Sizin “Bizim küçə”, “Arxadan vurulan zərbə”, “Birisi gün, gecə yarısı”, “Arxada qalmış gələcək” və sair filmlərə yazdığınız musiqilər də çox sevilir” deyiblər.

O isə: “Yox e, söhbət mənim “zamana sifarişi” ilə komsomolçulara “məhəbbət”i, cümhurçulara “nifrət”i daha da gücləndirən musiqimin bu qədər çox sevilməsindən gedir...” deyib...

Nurlanə ƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar