Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərtləşdirilmiş karantin rejimi ilə bağlı açıqlama

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantinin nəticələri artıq göz qabağındadır.

Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, SiyəzənŞəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək: “Karantinin nəticələri bəlli olduqdan sonra görülən tədbirlərin davamı ilə bağlı qərar qəbul edilə bilər. Hər halda karantinin nəticəsi göz qabağındadır. Karantin tədbirləri nəticəsində xəstələnmə halları azalır, sağalan insanların isə sayı artır. Bu, qaneedici vəziyyətdir. Əlbəttə, istəyərdik ki, bundan da yaxşı nəticələr olsun. Amma hələlik əldə edilən nəticələr bunu göstərir ki, karantin öz effektini verir”.

Xatırladaq ki, təxminən son 10 gün ərzində Azərbaycanda koronavirusa yeni yoluxma hallarının sayında azalma müşahidə edilir. Ölkədə sutka ərzində qeydə alınan yoluxma hallarının sayı 500-dən aşağı enib.

Azərbaycanda artıq koronavirusdan sağalma hallarının sayı yoluxma hallarının sayını üstələyir.

İyulun 18-də Azərbaycanda rekord sayda - 645 sağalma sayı qeydə alınıb.(Trend)

pia.az


Etiket: Cəlal İsayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar