Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"TƏBİB sağ ayaq əvəzinə sol ayaq kəsən səhiyyəyə rəhmət oxutdurmağa başlayıb"

“Test cavablarını qarışdıran TƏBİB sağ ayaq əvəzinə sol ayaq kəsən səhiyyəyə rəhmət oxutdurmağa başlayıb”.

PİA.az-ın xəbərinə görə, bunu jurnalist İbrahim Kamiloğlu deyib.

İ.Kamiloğlu qeyd edib: “Son 2 gündə xəstə olmayan nə qədər insan “pozitiv” cavabı gəldiyinə görə stress keçirdi?! Nə qədər virusa yoluxan insan cavab mənfi gəldiyi üçün rahat gəzib-dolaşaraq, hətta sevincindən yaxınlarını öpüb-qucaqlayaraq neçə-neçə insanı yoluxdurdu?! Bunlara görə cavab verən olacaq? Yoxsa, sadəcə olaraq "Bağışlayın, səhv olub" cavabı yetərli sayılacaq? İndidən sonra sizin sözlərinizə, nəticələrə kim inanacaq? Onsuz da neçə gündür statistika paylaşmırdım. (Bunun da səbəbi varıydı). Əvvəllər bir neçə dəfə paylaşmasam da, gələn mesajlara bir-bir cavab verməkdənsə, bir status yazmağı üstün tuturdum. Bu gündən isə birdəfəlik dayandırıram. Səhv olan və ya ciddiliyinə şübhə etdiyim məlumatları paylaşmamışam heç vaxt. Bundan sonra da o cür...”

Xatırlatma: Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar. 27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik.(Pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar