Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yoxsa qadın kişi, kişi qadın şəklini qoyur...” – Deputat

Məlum olduğu kimi, Türkiyənin hakim partiyası sosial şəbəkələrin imkanlarından faydalanmaq istəyən şəxslərlə bağlı yeni qanun layihəsi hazırlayaraq ictimai müzakirəyə çıxarıb. Təklif edilən yeni qanuna görə, bundan sonra Türkiyədə sosial şəbəkələrə daxil olmaq istəyən şəxslər buna görə rəsmi şəkildə qeydiyyatdan keçəcək və yalnız bundan sonra bu şəbəkələrin imkanlarından faydalana biləcəklər.

AKP hesab edir ki, bu qanun sosial şəbəkələrdə saxta profillərin yaradılmasının qarşısını alacaq, eyni zamanda yalan, böhtan xarakterli məlıumatlar yayan şəxslərin qısa zamanda tapılmasını təmin edəcək. Maraqlıdır, Azərbaycanda da sosial şəbəkələrin imkanlarından yararlanmaq istəyənlərin öncə rəsmi şəkildə, şəxsiyyət vəsiqələri əsasında qeydiyyatdan keçməsi təmin edilə bilərmi? Türkiyədə gündəmə gələn məlum qanun Azərbaycan üçün nə dərəcədə aktualdır?

PİA.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov Azərbaycanda da belə bir qanunun qəbulunun vacib olduğunu vurğulayıb: “Xatırlayırsaınızsa, bu məsələni üç il öncə Azərbaycan parlamentində mən səsləndirmişəm. Demişəm ki, kim istəyirsə, öncə qeydiyyatdan keçsin, sonra nə söz istəyirsə desin. Yoxsa qadın kişi, kişi qadın şəklini qoyur, başqa adlar altında yazır. Bir daha bildirirəm ki, hər kəs sosial şəbəkələrdə fikirlərini, düşüncələrini bildirə bilər. Lakin heç kim unutmasın ki, dediyi sözlərə görə məsuliyyət daşıyır və lazım gəlsə, yazdıqlarına görə cavab verməli olacaq. Bu baxımdan ölkəmizdə də belə bir qanunun qəbulunu faydalı hesab edirəm”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar