Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kişi qadın şəklini qoyur, sonra...” - Siyavuş Novruzov

Məlum olduğu kimi, Türkiyənin hakim partiyası sosial şəbəkələrin imkanlarından faydalanmaq istəyən şəxslərlə bağlı yeni qanun layihəsi hazırlayaraq ictimai müzakirəyə çxıarıb. Təklif edilən yeni qanuna görə, bundan sonra Türkiyədə sosial şəbəkələrə daxil olmaq istəyən şəxslər buna görə rəsmi şəkildə qeydiyyatdan keçəcək və yalnız bundan sonra bu şəbəkələrin imkanlarından faydalana biləcəklər. AKP hesab edir ki, bu qanun sosial şəbəkələrdə saxta profillərin yaradılmasının qarşısını alacaq, eyni zamanda yalan, böhtan xarakterli məlıumatlar yayan şəxslərin qısa zamanda tapılmasını təmin edəcək. Maraqlıdır, Azərbaycanda da sosial şəbəkələrin imkanlarından yararlanmaq istəyənlərin öncə rəsmi şəkildə, şəxsiyyət vəsiqələri əsasında qeydiyyatdan keçməsi təmin edilə bilərmi? Türkiyədə gündəmə gələn məlum qanun Azərbaycan üçün nə dərəcədə aktualdır?

Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov Azərbaycanda da belə bir qanunun qəbulunun vacib olduğunu vurğuladı: “Xatırlayırsaınızsa, bu məsələni üç il öncə Azərbaycan parlamentində mən səsləndirmişəm. Demişəm ki, kim istəyirsə, öncə qeydiyyatdan keçsin, sonra nə söz istəyirsə desin. Yoxsa qadın kişi, kişi qadın şəklini qoyur, başqa adlar altında yazır. Bir daha bildirirəm ki, hər kəs sosial şəbəkələrdə  fikirlərini, düşüncələrini bildirə bilər. Lakin heç kim unutmasın ki, dediyi sözlərə görə məsuliyyət daşıyır və lazım gəlsə, yazdıqlarına görə cavab verməli olacaq. Bu baxımdan ölkəmizdə də belə bir qanunun qəbulunu faydalı hesab edirəm”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar