Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirhəsən Seyidov Neftçalada su problemi ilə əlaqədar son vəziyyəti açıqlayıb

“Bir müddətdir, Kür çayının səviyyəsinin düşməsi və Xəzər dənizinin suyunun Kür çayına daxil olaraq suyun səviyyəsində olan asılılığı dəyişdirməsi Kür çayının daha çox şorlaşmasına səbəb olub, əhalinin içməli su təminatı və əkin sahələrinin suvarılmasında ciddi problemlər yaradıb. Yaranmış vəziyyət cənab Prezidentin diqqətinə çatdırılıb. Prezidentin diqqəti sayəsində vəziyyət xüsusi nəzarətə götürülüb”.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Kür çayının səviyyəsinin aşağı düşməsi səbəbindən Xəzər dənizinin Kür çayına qarışması nəticəsində Neftçala rayonunun içməli və suvarma suyu ilə təchizatında problemlə əlaqədar deyib.

İcra başçısının sözlərinə görə, bununla əlaqədar olaraq 36 su daşıyan texnika vasitəsi ilə rayon əhalisinin içməli suya olan tələbatı ödənilir: “Gündəlik olaraq əhaliyə 600 tona yaxın su verilir. Ötən gün Prezidentin iştirakı ilə su təsərrüfatının yaxşılaşdırılması istiqamətində keçirilmiş müşavirədən dərhal sonra dövlət başçısının tapşırığı ilə Neftçala rayonunun içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması istiqamətində müvafiq qurumlar, mərkəzi icra hakimiyyəti və yaxın rayonların icra hakimiyyəti qurumlarından 22 ədəd texnika cəlb olunub. Hazırda 18 əlavə yeni çən qurulub, ümumilikdə çənlərin sayı 65-ə çatdırılaraq vətəndaşların istifadəsinə verilib. Bütün bunlara görə şəxsən öz adımdan və Neftçala sakinləri adından cənab Prezidentə öz minnətdarlığımızı və dərin təşəkkürümüzü bildiririk. Dünənki müşavirədən sonra rayonun 30 faizlik su təminatının imkanların səfərbər olunması nəticəsində 50-60 faizə çatdırılacağı gözlənilir”.

M. Seyidov xatırladıb ki, 2019-cu ilin dekabr ayında Prezident İlham ƏliyevNeftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb: “Bu sərəncamın icrası sürətləndirilib. Artıq 44 kilometrlik Salyan-Neftçala su xəttinin 10 km-dək hissəsi çəkilib. Əlavə olaraq dünənki müşavirədə bizə verilən tapşırıqlardan biri də ondan ibarət idi ki, rayon ərazisində fəaliyyət göstərən 42 modul tipli sutəmizləyici qurğular yenidən analiz olunsun, onların həqiqətən işlək vəziyyətdə olub-olmaması öyrənilsin.

Məlumat üçün bildirim ki, Neftçala rayonunda 42 modul tipli sutəmizləyici qurğudan ümumilikdə 36 qurğu mövcud çətin vəziyyətdə fəaliyyət göstərir. Çünki Neftçala rayonunun ümumilikdə 7 kəndi su problemdən əziyyət çəkməyib. 7 kənddən 3-ü Akquşa çayından qidalanır. Qalan 4 kənd isə Salyan rayonu ilə qonşudur və Kür çayındakı şorlaşma problemi yaşamayıb. İnvestisiya proqramlarına gəldikdə, dünən də cənab Prezidentə məruzə edildi ki, ilkin ayrılan 5 milyon manatın icrasından sonra investisiya proqramı çərçivəsində yenidən ayrılan 5 milyon manat vəsait hesabına yüksək atmosferli sutəmizləyici qurğuları işə salmaqla, əhalini davamlı içməli su ilə təmin edə biləcəyik”.

İcra başçısının sözlərinə görə, hazırda ümumilikdə Kür çayında suyun səviyyəsinin düşməsi ilə bağlı Kürətrafı kəndlərdə problemlər təkcə Neftçalada deyil, müşavirədə qeyd olunduğu kimi digər rayonlarda da müşahidə edilir: “Məlumat üçün bildirim ki, Neftçalada əkin yerlərinin suvarılması ilə bağlı məsələ o qədər də ciddi problem deyil. Hazırda əkin sahələrinin suvarılması ilə bağlı operativ tədbirlər həyata keçirmək üçün bütün imkanlar müzakirə olunur və yaxın zamanlarda bütün fermerlərin diqqətinə çatdırılacaq. Çünki burda dövlətin yeni bir proqramı da var idi. Prezident müşavirədə də qeyd etdi ki, daha çox yenilikçi metodlardan və vasitələrdən istifadə edilərək vətəndaşların və fermerlərin sudan daha rahat formada istifadə etməsi üçün çalışır. Yerlərdə biz fermerlərdən də təkliflər öyrənib cənab Prezidentin diqqətinə çatdıracağıq”.

M. Seyidov Kürün deltasında yaranmış vəziyyətə də toxunub: “İlkin variantda Neftçala rayon İcra Hakimiyyəti tərəfindən deltanın tənzimlənməsi üçün qazma işlərinin aparılmasının dayandırılması və orda yeni şlüzlərin quraşdırılması təklif olunur. Amma onu da qeyd etmək istəyirəm ki, mövcud qaydada həm əkin sahələrinin suvarılmasını, həm də nasosların fəaliyyətini bərpa edə bilsək, eyni zamanda modul tipli sutəmizləyici qurğularla insanları içməli su ilə təmin edə bilsək, deltada hər hansı işin aparılmasına ehtiyac qalmayacaq”.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar