Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın Tovuza atdığı partlayıcı sursatlar zərərsizləşdirilir

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Tovuz rayonun Dondar Quşçu, Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli kəndlərində təmizləmə işləri aparır. Yerli əhali ilə gündəlik olaraq əlaqə saxlanılır”.

“Report”un Qərb mərkəzinin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ANAMA-nın əməliyyat meneceri Mədət Məmmədov deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə daxil olan müraciətlər qeydə alınır və dərhal ərazilər yoxlanılır:

Tovuzun Dondar Quşçu kəndində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış iki ədəd partlamamış 122mm-lik top mərmisi aşkarlanıb.122mm-lik top mərmisinin içində 4 kq 100 qrama qədər partlayıcı maddə olub. Hərbi sursat ANAMA-nın mütəxəsisləri tərəfindən zərərsizləşdirilib. Hərbi sursatlardan biri yaşayış məntəqəsinə düşmüşdü. Həmin sursat agentliyin mütəxəsisləri tərəfindən zərərsizləşdirilərək ərazidən uzaqlaşdırılıb və məhv edilib. Eyni zamanda, Tovuz rayonun Yuxarı Öysüzlü kəndində isə 100mm top mərmisi aşkarlanıb. Həmin mərmilərin partladıcısı üzərində olmasına baxmayaraq işə düşməyib”.

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisindəki atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutublar. Hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, mülki əhali həlak olub, yaralananlar var. Ermənistanın təxribatı nəticəsində mülki əhaliyə xeyli sayda ziyan dəyib. Hazırda mülki əhaliyə dəyən ziyanın məbləği müəyyənləşdirilir.

pia.az 


Etiket: Tovuz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar