Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov əyləncə məclislərinə gedirmiş – Sensasion açıqlama

“Əminəm ki, Ceyhun Bayramov milli kadrdır və Azərbaycan dövlətinə qulluq edəcək...”

PİA.AZ xəbər verir ki, bunu Hurriyyet.org-a tanınmış hüquqşünas Aslan İsmayılov bildirib. O, Elmar Məmmədyarovun vəzifəyə gəldiyi vaxtlarda aktivliyini gödüyünü, lakin son vaxtlar onu ancaq əyləncə məclislərində gördüyünü qeyd edib:

“Mən əminəm ki, ən azından Elmar Məmmədyarovdan yaxşı olacaq. Vaxtilə fransalı diplomatla görüşəndə Ceyhun Bayramovla Təhsil Naziri kimi Fransada görüşdüyünü və yeni təyin olunan nazirimiz haqqında çox yüksək fikirlər söyləmişdir. Mən şəxsən Xarici İşlər naziri kimi Ceyhun Bayramov haqqında fikir bildirə bilmərəm. Lakin, xarici diplomatın onun haqqında heyranlıqla danışdığını xoş qarşılamışdım. Ən azından əminəm ki, Ceyhun Bayramov milli kadrdır və Azərbaycan dövlətinə qulluq edəcək. O nə öz marağına, nə də başqa dövlətlərin marağına qulluq etməyəcək. Bu onun işində çox önəmli faktordur.

Ceyhun Bayramov təyin olunan gündən aktiv fəaliyyətdədir. Bunu görməmək mümkün deyil. Əminəm ki, gələcək fəaliyyətində yalnız işləriylə özünü göstərəcək. Mən buna inanmaq istəyirəm və inanıram.

Elmar Məmmədyarovun vəzifəyə gəldiyi vaxtlarda onun aktivliyini görürüdüm. Lakin, son vaxtlar onun ancaq əyləncə məclislərində görürdüm. Bir də uzun illər Qarabağ konfliktində bir uğurumuz yoxdur. Bu bir faktdır. Mən isə konkret işə qiymət verirəm.

Məsələn, Diaspora Komitəsi haqqında bu gün müsbət fikir söyləyə bilərəm. Komitə sədri Fuad Muradov bir ildir işləyir, onun haqqında bir dəfə də olsun müsbət fikir söyləməmişəm. Lakin, komitənin xaricdə son günlər göstərdiyi fəallıq məni sevindirir. Az müddət ərzində bir neçə ölkədə uğurlu tədbir təşkil etmək konkret işdən xəbər verir. Komitə eyni zamanda, xaricdə qalmış vətəndaşlarımızı müxtlif ölklərdən Vətənə gətirilməsində vasitəçi oldu. Onun 3-4 gün ərzində etdiyini Nazim İbrahimov 20 ildə etməmişdi. Mən hələ demirəm ki, N.İbrahimovun fəaliyyəti xaricdə azərbaycanlıları birləşdirmək yox, dağıtmaq olmuşdu və dəfələrlə də bu barədə hələ işlədiyi dövrlərdə yazmışdım.

Əgər, Ceyhun Bayramovda gələcəkdə işində müsbət addımlar atarsa, onun haqqında da konkret faktları göstərməklə müsbət fikir bildirəcəm”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar