Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qızıla pul verməyə dəyərmi?

Dünya bazarında qızıl getdikcə bahalaşır. Əgər ötən il bu vaxt əmtəə birjalarında qiymətli metalın 1 unsiyası 1 200 - 1 300 ABŞ dollarına alınıb-satılırdısa, artıq qiymət 1 800 ABŞ dollarına çatıb. Amma bu da son olmaya bilər. Bu günlərdə İsveçrənin UBS investisiya bankı cari ilin II yarısında qızılın qiyməti ilə bağlı proqnozunu 100 ABŞ dolları artıraraq 1 900 ABŞ dollarına çatdırıb. Bankın qlobal aktivlərin idarəetmə bölməsinin hesabatında mümkün qiymət artımına əsas kimi ABŞ-dakı seçkilər, ABŞ-Çin gərginliyi və daha vacibi koronavirus (COVID-19) pandemiyasının yaratdığı iqtisadi böhran, səhm və istiqraz bazarlarındakı ucuzlaşmalar göstərilir. Odur ki, əksər investorlar qızıla yönəlib. Söhbət təkcə fərdi investorlardan getmir. Qızıla pul yatıranlar həm də dünyadakı mərkəzi banklar, hedc fondlarıdır. 

Bəs Azərbaycanda qızıl alıb-saxlamaq imkanları, ümumilikdə, qızıl bazarında vəziyyət necədir? 

İqtisadçı-ekspert Cəfər İbrahimlinin fikrincə, hazırda yerli bankların bir qismi qızıl külçələr satır, lakin onların qiyməti xarici bazarla müqayisədə yüksəkdir: "Bu da onunla bağlıdır ki, qızıl külçələrinin ölkəyə gətirilməsi əlavə vəsait tələb edir. Daşınma xərcləri ilə yanaşı, burada gömrük rüsumu da var və bütün bunlar sonda vətəndaşlara təklif olunan qiymətdə öz əksini tapır. İstənilən halda əgər daxili bazarda qiymət xarici bazarla müqayisədə yüksəkdirsə, qızıl külçələr vətəndaşlar üçün cəlbedici olmur. 

Bəzi ölkələrdə banklara insanların cari və depozit hesabları kimi, qızıl hesabları da olur. Söhbət cəmiyyətin qızıla maraq göstərdiyi ölkələrdən, məsələn, Türkiyədən gedir. Burada bank sizin verdiyiniz vəsaitlə qızıl alaraq onu anbarında saxlayır". 

Onun sözlərinə görə, hazırda Azərbaycan vətəndaşları daha çox zinət əşyası kimi, qızıl alıb-saxlamağa maraq göstərirlər: "Bu cür investisiya isə elə də sərfəli deyil. Məsələn, onun istənilən vaxt normal qiymətə satmaq çətindir, adətən bir müddətdən sonra zinət əşyaları dəyərdən düşür. Odur ki, bank hesabı ilə elektron qaydada qızıl almaq daha yaxşıdır". 

Cəfər İbrahimli

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin baş meneceri Tahir Qəribov isə son vaxtlar dünyada olduğu kimi, Azərbaycanda da qızıla marağın artdığını deyir. O vurğulayır ki, ölkə qanunvericiliyində yerli bankların qiymətli metallarla, o cümlədən qızılla ticarət etməsi və müştərilərinə qızıl hesab açması qanunvericiliklə nəzərdə tutulsa da, banklar bu imkandan istifadə etmirlər:

"Odur ki, qızılı fiziki olaraq alıb-satmaq istəyənlər banklarla yanaşı, 100% dövlətə məxsus "AzerGold" QSC-yə də müraciət edə bilərlər. Bununla yanaşı, qlobal əmtəə birjalarından da qızıl almaq olar:

"Bunun bir neçə yolu var. Məsələn, qızılla törəmə maliyyə aləti şəklində fərq müqaviləsinin bir hissəsi kimi (məs. XAUUSD)  “Forex”də ticarət etmək olar. Eyni zamanda, birjada ticarət olunan investisiya fondları (ETF) vasitəsilə də qızıla sərmayə qoymaq mümkündür. Qızıl almağın bir yolu da fyuçerslərdir. Qızılın fyuçersləri London metal birjasında (LME) ticarət olunur. LME-yə çıxış əldə etmək üçün xüsusi razılıqlar tələb oluna bilər”.

Tahir Qəribov

T.Qəribov diqqətə çatdırır ki, "Unicapital" qiymətli kağızlar bazarların peşəkar iştirakçısı olaraq, fiziki qızılın alqı-satqısı ilə məşğul olmur: "Lakin, müştərilərimiz, istər "Uniforex" xidmətimiz vasitəsilə qızılın ABŞ dollarına qarşı qiymət fərqi ilə ticarət edə, istərsə də "UTrader" xidmətimiz vasitəsilə qızıl ETF-lərə rahatlıqla sərmayə qoya bilərlər”. 

Ekspertlərin fikrindən belə aydın olur ki, el arasında məşhur olan qızıl qolbağlar və digər bəzək əşyalarının investisiya kimi alıb saxlanılması sərfəli deyil. Qızıl külçələri almaq isə əlavə vəsait hesabına başa gəlir. Bunun daha az itkisiz olan variantı fond birjalarından almaqdır, ancaq orda da təqdim olunan alətlərdən istifadə etmə bacarığı mütləqdir.

pia.az


Etiket: qızıl

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Ən çox oxunanalar