Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Lavrovun bir nömrəli adamı olub - Faktlar

Daha bir məmur-oliqarxın sonu göründü. 2004-cü ilin aprelindən bu yana Azərbyacanın xarici siyasət idarəsinə başçılıq edən Elmar Məmmədyarovun sonu əslində başqa cürə də ola bilməzdi. Çünki bu adam son 30 ilin ən uğursuz Xarici İşlər naziri idi. Elmar Məmmədyarovun istər fərdi davranışı, istərsə də iş prinsipi hər zaman mötəbər Xarici İşlər Nazirliyinin adı ilə tərs münasibətdə olub. Bu adam nazir işlədiyi 16 ildən artıq müddətdə Azərbaycanca danışmağı bacarmadı. Daha doğrusu istəmədi. Bu isə onun ən bağışlanılmaz günahlarından ən birincisidir. Mirzə Cəlil demiş bir insan ki, anasının ona laylay çaldığı dilə xor baxırsa, deməli, ondan VƏTƏN DAŞI olmaz. Məmməd Araz isə deyirdi ki, VƏTƏN DAŞI  olmayandan, olmaz ölkə VƏTƏNDAŞI. Elmar Məmmədyarov da 16 ildə nə vətəndaş olmaq istədi, nə də bacarıqlı və vicdanlı diplomat. Onun istədiyi başqa mətləblər idi.Və o mətləblərə də Elmar Məmmədyarov nail oldu. Nə idi o mətləblər? Birincisi, Azərbaycanın əsas dərdi olan Qarabağ probleminin həlli istiqamətində hərəkətlilik sıfır nöqtəsinə gətirildi. Bu gün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqları hansı mərhələdədir” sualına heç ki, eləcə də Elmar Məmmədyarov cavab verə bilməz. Ümummili problemimizin həllinin dalana dirənməsinin bir sıra obyektiv səbəbləri ilə yanaşı Elmar Məmmədyarovun subyektiv maraqları da əsas faktordur. Bu adamın ermənilərə böyük sevgisi var (bu barədə bir az sonra).

Üç aydan bir Ermənistanının xarici işlər naziri ilə görüşən bu adamın 16 ildə heç bir dəfə də olsun prinsipiallığını görmədik. Heç publika üçün də bunu etmədi (yəni, ayə buraxın məni, onu öldürəcəm…). Bu danışıqların mövzusu barədə də heç zaman cəmiyyətimizdə normal məlumat verilmədi bu 16 ildə. Açığı bəzi məqamlarda sərgilənən mövqeləri təhlil edəndə görünürdü ki, ya bu mövqe düşünmədən bəyan edilir, ya da qəsdlə Azərbaycanın xeyrinə olmayan şəkildə ifadə olunur. Baxmayaraq ki, iki il öncə erməni həmkarı və dostu Elmar müəllimin paxırını açdı. Dedi ki, “…görüşlərdə və danışıqlarda problemin həlli və Qarabağın Azərbaycana qaytarılması məsələsi heç zaman müzakirə mövzusu olmayıb…”.

Həmin vaxt Elmar Məmmədyarov dövlət başçısının cəzasından və xalqın qəzəbindən qorunmaq üçün Rusiya Xarici İşlər naziri Sergey Lavrova sığındı. Sergey müəllim də əsəblərə su səpmək və dostunu cəzadan qurtarmaq üçün növbəti dəfə erməni tərəfinin üstünə çımxırdı “…problemin mərhələli həlli istiqamətində danışıqlar pozitiv istiqamətdə davam etdirilir…”
Elmar Məmmədyarovunazərbaycanlılardan başqa hamıya tükənməz sevgisi olub. Bəlkə də azərbaycanlı doğulduğu üçün (olduğu üçün yox) Elmar müəllim bir travma da yaşayıb. (Əslində bu gün əksər məmurlarımızda azərbaycançılıq kompleksi var). Çünki o Sergey Lavrovun yanında  daha xoşbəxt və məmnun görünür, nəinki 16 ildə deyəcəyi xoş xəbəri hava, su kimi gözləyən azərbaycanlıların yanında. Ona görə də bu 16 ildə Elmar müəllim hər zaman rusca düşündü, azərbaycanca danışmaq məcburiyyətində qaldı. Belə olmasa idi, onun 3 dəqiqəlik nitqinin 2 dəqiqəsi “eee…eee”lərə getməzdi.

Elmar Məmmədyarovun azərbaycançılıq kompleksinin bir simptomu da hər bir dövlətin və xalqın mötəbər və mötədil qurum saydığı Xarici İşlər Nazirliyini özünün kommersiya köşkünə çevirməsidir. Son 16 ildə diplomat statusu alan adamların çoxu tanıdığımız imkanlı şəxslərin oğlu, qızı və yaxud yaxın əqrəbasıdır. Yəni bu ali qurumda son illər kardlara peşəkar yox, şəxsi maraqlar prizmasından yanaşılıb. Hazırda ölkəmizi xaricdə təmsil edən diplomatların çoxu “papaların gül balası”dır. Gül balalar isə həmin ölkələrdə dövlətimizin şərəfi və haqqı üçün yox, özlərinin kommersiya maraqları üçün çalışırlar. Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bu günlərdə verdiyi müsahibədə haqlı olaraq deyir ki, “… buradakı xarici səfirliklərdə işləyən insanlar hansısa vasitəçi şirkətləri cəlb edərək, onları himayə edirlər və onların vasitəsilə külli miqdarda pul qazanırlar. Məncə bu, heç kəsə sirr deyil. Hətta Avropa İttifaqına daxil olan ölkələrdə də belə “fəaliyyətlərin” mümkün olduğunu görə bilirik…”

Təbii ki, səfirlərin kommersiya fəaliyyətləri Elmar Məmmədyarovun iradəsindən kənarda deyil. Burada onun payı var…

Beləcə, Elmar Məmmədyarov fəaliyyəti sayəsində maliyyə imkanlarını hər il durmadan artırıb. Artan pul, imkanlar isə çox zaman insanın ağlını başından alır. Necə deyərlər, “gözü ayağının altını görmür”.

Belə olmasa idi, Xarici İşlər Nazirliyindəki peşəkar diplomatlar küncə sıxışdırımazdı.

Əziz oxucu! Beləcə daha bir oliqarx məmurumuzun sonu gəlmiş oldu. Amma sonluğun kuliminasiyasının maraqlı olması üçün Elmar Məmmədyarovun son dayanacağının hara olacağı əsas məsələdir.

Surxay Atakişiyev (konkret.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar