Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli Kərimli zəmanəmizin Rəsulzadəsidir” dedi, Milli Şurada qalmaqal yarandı - Video

Milli Şuranın daha bir virtual iclasının qalmaqallı videosu yayılıb...

Yeni Sabah xəbər verir ki, bu iclasda da əvvəlki toplantılarda olduğu kimi, lağlağı və zarafatlar bol olub.

Baxmayaraq, Milli Şuranın sədri Cəmil Həsənli iclasa ciddi bir məsələ ilə başlamağa cəhd etmişdi. O, MŞ üzvü Rahim Hacıyevin “Əli Kərimli zəmanəmizin Rəsulzadəsidir” fikrini sərt tənqid edib:

“Mən bu təbliğatla bağlı bir məqamı da deyim. Təbliğat məsələsində çox diqqətli olmaq lazımdır və əlavə qıcıq doğuran şeylərə getmək lazım deyil. Bu gün iclasın tənqid hədəfi Rahim Hacıyevdir və mən də onu deyim ki, bu gün o yanlış bir ifadə işlədib. “Əli Kərimli zəmanəmizin Rəsulzadəsidir”. Əlbəttə bu cəmiyyətdə qıcıq doğurur”.

Virtual iclasda Gültəkin Hacıbəyli də C.Həsənliyə dəstək verib:

“Tamamilə razıyam, bu olmaz”.

Rahim Hacıyev isə öz fikrində israr edib:

“Mənim fikrimin heç bir qüsuru yoxdur. Vaxt gələcək, hamınız bu fikirdən də artığında olacaqsınız”.

Vidadi Mirkamal da həmin bənzətməyə kəskin reaksiya verib:

“Bu formada danışıq artıq insanları iyrəndirir. Əli Kərimli özünü təsdiq etmiş liderdir. Amma onu təzədən bəzəmək ki, Rəsulzadədir, buna ehtiyac yoxdur. Bu, çox adamda qıcıq yaradır”.

Qənimət Zahid isə “Yaxşı bəylər, Topçubaşov, Allah xeyir versin” deyərək mövzunu dəyişib. İclas zarafat və lağlağı ilə davam edib.

Daha sonra isə Q.Zahid daha sensasion fikirlər səsləndirib:

“Mən Rahim bəyə həm də ona görə haqq qazandırıram ki, bu şiddət artırılmalıdır. Əli bəyin blokadası bizim hamımız üçün bir qoruyucu xətt olmalıdır. Onun üstünə o qədər getməliyik ki... Hələ bir blokadaya görə bu qədər təzyiq var.

Həbs, görün, nələri doğura bilər. Biz faktiki olaraq o şiddəti saxlamaqla Milli Şuanı, Koordinasiya Mərkəzinin digər üzvlərini də xilas etmiş oluruq. O da var. Bu proseslərdə qazanan Milli Şuradır, Xalq Cəbhəsidir, Əli bəyin özüdür. Amma bizim düşərgənin reytinqi artır və hüdudları da genişlənir”.

pia.az


Etiket: Milli Şura


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar