Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN: Qızılağac milli parkında yanğın söndürülüb - Yenilənib

Lənkəran rayonu, Balıqçılar qəsəbəsindəki taxıl zəmisində başlayan və külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçən yanğın söndürülüb...

Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən və Qızılağac milli parkının ərazisinə keçən yanğın ETSN-nin yerli qurumlarının, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğın nəticəsində təxminən 8 hektar ərazidə quru ot örtüyü, kol-kos və qamışlıq sahə yanıb.

Qeyd edək ki, yanğın hadisələrinin əksəriyyətinə səbəb vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi olur. Nazirlik bir daha isti hava şəraiti ilə əlaqədar əhaliyə odla ehtiyatlı olmağı, biçin zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl etməyi tövsiyə edir.

***

Bu barədə PİA.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Qeyd edilib ki, yanğının söndürülməsinə ETSN-nin yerli qurumlarının və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 60-dan artıq əməkdaşı, dörd yanğınsöndürən maşın, əlavə texnika və yerli sakinlər cəlb edilib.

Yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində mümkün olan bütün vasitələrdən istifadə olunur, o cümlədən cəlb olunmuş əlavə texnikanın köməyi ilə küləyin istiqaməti üzrə ətraf sahələrin şumlanması həyata keçirilir.

İlkin hesablamalara görə, yanğın təxminən yeddi hektar ərazini əhatə edir, əsasən kol-kos və quru ot örtüyü, qamışlıq sahə yanır.

ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkürünü bildirir və xüsusilə vurğulayır ki, bu dəfə olduğu kimi, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir.

Ona görə də nazirlik bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, biçilmış sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa çağırır.

***

Bu gün Lənkəran rayonunun Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən yanğın sonradan külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

Fotolar

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar