Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aralıq dənizində yeni proseslər: Liviya niyə Türkiyə üçün bu qədər vacibdir?..

Türkiyə-Liviya dəniz sərhədi müqaviləsi əks-ittifaqın dağılmasına səbəb ola bilərmi?..

Erdal Tanas Karagöl

“Yeni Şafak” qəzeti, Türkiyə, 22 iyun 2020-ci il

Şərqi Aralıq dənizində yeni bir enerji balansının yaradıldığı və bu vəziyyətdə Türkiyənin strateji və dəyişilməz aktyor olduğu çoxumuza məlumdur. Ancaq bu müddət ərzində atılan bir çox addımlara baxmayaraq, Şərqi Aralıq dənizində edilən həmlələrin də şahidi olduq.

Şərqi Aralıq dənizindəki aktyorların Türkiyə olmadan Şərqi Aralıq dənizi Qaz Forumunu yaratması, öz aralarında əldə etdikləri inhisarçı iqtisadi bölgə razılaşmalarına getmələri və Türkiyəni kənarlaşdıraraq yaratdıqları alternativ yol olan East-Med layihəsi ilə təbii qazın Avropaya daşınması üçün atdıqları addımlar yeni axtarışlardan xəbər verirdi. Bütün bu addımların əsas məqsədi də içində Türkiyənin olmadığı yeni bir enerji balansı yaratmaq idi.

Düzü, Türkiyənin Misir-İsrail-Yunanıstan-Cənubi Kipr blokuna qarşı Şərqi Aralıq dənizi bölgəsində sahilləri olan Liviya ilə dəniz sərhədi razılaşması əldə etməsi bütün tarazlıqların, balansın və əvvəldən qurulan əməkdaşlıqların yenidən gözdən keçirilməsinə səbəb olub.

Bəs Liviyanın Türkiyə üçün əhəmiyyəti nədir?

Əslində, Liviyanın Türkiyə üçün bir çox önəmi var. Məsələn, Liviya Şərqi Aralıq dənizində Türkiyəni kənarlaşdıran və Türkiyə olmadan bir enerji balansı yaratmaq istəyənlərə qarşı strateji əhəmiyyətli olan bir coğrafiyadır. Yadınızdadırsa, Şərqi Aralıq dənizindəki İsrail, Misir, Yunanıstan, İordaniya, İtaliya, hətta Fələstin və Cənubi Kipr kimi ölkələr Şərqi Aralıq dənizi Qaz Forumunu yaratmaqla yeni bir təşəbbüs üçün addımlar atırdılar. Şərqi Aralıq dənizindəki inhisarçılar tərıfundən iqtisadi bölgələrin təyin edilməsi Liviya ilə imzalanan sərhəd müqaviləsi sayəsində Türkiyənin müəyyən bir bölgəyə, yəni İskəndərun körfəzinə sıxışdırılmasının qarşısı aldı. Bu da Liviyanın sayəsində oldu.

Hələlik Şərq Aralıq dənizində səssizlik olsa da, Türkiyə ilə Liviyanın birlikdə hərəkət etməsi mövcud əməkdaşlıqların və ittifaqların zəifləyəcəyinə işarə edir. Liviya-Türkiyə ortaqlığı, həm bölgədəki ərəb ölkələrinin, həm də Aralıq dənizi sahilində olmayan və illərlə Liviyada olan
bir çox Qərb ölkəsinin artıq bölgədə istədiyini edə bilməyəcəyinin anonsunu verir.

Liviya ilə ortaqlıq və Türkiyə-Liviya dəniz sərhədi razılaşması Türkiyəni Şərqi Aralıq dənizinin təbii ehtiyyatlarından kənarlaşdıran və Ankaranın enerji sahəsində güclü aktyor olmasına mane olan “East-Med” layihəsinin önəmini azaldıb və təbii qazın necə nəql ediləcəyi məsələsində də yeni vəziyyət yaradıb.

Bölgə ölkələri və kənardan Liviyanın daxili işlərinə müdaxilə edən bir çox ölkə, başda Yunanıstan və Misir olmaqla Türkiyə-Liviya ortaqlığından çox narahat olublar. Onlar Türkiyə-Liviya dəniz sərhədi müqaviləsinin doğurduğu nəticəni qəbul etmədiklərini bildirərək müxtəlif cəhdlər etsələr də bu cəhdlə durumu çox da dəyişməyəcək və Türkiyə-Liviya dəniz sərhədi müqaviləsinin əks-ittifaqın dağılmasına səbəb olacağını da indidən deyə bilərik.

Türkiyə-Liviya əməkdaşlığı ilə Türkiyənin enerji kəşfiyyatı işlərinə qarşı yaranan zidd mövqe hüquqi baxımdan zəif görünməkdədir və beynəlxalq hüquq Türkiyənin tərəfindədir. Eyni zamanda Liviyanın iqtisadi bölgəsində Türkiyə-Liviya sazişi yeni neft-qaz yataqlarının axtarışları üçün fəaliyyətləri daha da sürətləndirər və Şərqi Aralıq dənizində yeni bir dövrün əsasını qoya bilər.

Bir çox dəniz sahəsi olan Türkiyə üçün Şərqi Aralıq dənizində ən uzun sahilə sahib olması yarana biləcək fürsətləri daha yaxşı dəyərləndirməyə imkan verir. Hazırda atılan bütün bu addımlar Türkiyənin Şərqi Aralıq dənizində haqqı olan mənbələrdən və təbii resurslardan istifadə etməsini təmin edəcək, həm də sahib olduğu coğrafi mövqeyin ona verdiyi üstünlükdən istifadə edərək enerji baxımından regionda mərkəzi ölkəyə çevrilməsinə təkan verəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar