Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neftçi” tarixində antirekord qeydə alınıb

Azərbaycanın ən titullu klubu “Neftçi” 2019/20 mövsümündə də çempionluq həsrətinə son qoya bilməyib...

AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə hazırkı turnir cədvəlinin yekun kimi tanınmasından sonra Bakı təmsilçisinin qızıl medal arzusu ən azı daha bir il təxirə düşüb.

Bu isə o deməkdir ki, “ağ-qaralar”ın həsrəti ən azı 8 il sürəcək. Sonuncu dəfə 2012/13 mövsümündə qızıl medallara yiyələnən “Neftçi” ən yaxşı halda 2020/21 mövsümündə həsrətə son qoya bilər. Təbii ki, hələ bu da sual altındadır.

8 illik çempionluq həsrəti isə “Neftçi”nin tarixində yeni antirekorddur. Bakılılar indiyədək heç vaxt qızıl medalı 7 ildən artıq gözləməyib.

Bu da 2003/04 mövsümündəki çempionluqla rəsmiləşib. Paytaxt klubu 1996/97 mövsümündən sonra ilk zəfərini 7 ildən sonra bayram edib.

Ümumiyyətlə, “Neftçi”nin çempionluqlar arasında 4-cü həsrətidir. 1992-ci ildəki ilk uğurdan sonra azarkeşləri 4 il nailiyyət həsrətində qalıb.

1995/96 və 1996/97 mövsümlərindəki ardıcıl qızıl medallardan sonra isə 7 illik gözləmə dövrü başlayıb. 2003/04 və 2004/05 mövsümlərində çempionatın qalibi olan komanda son uğurlu dönəmin xiffətini 6 il çəkib.

2010/11, 2011/12 və 2012/13 mövsümlərindəki çempionluqlar isə klub tarixində sonuncudur. Azarkeşlər hələ də sevimli komandadan uğur gözləməkdədir.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar