Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin sürü halında uçan kamikadze-dronları: 3 dost ölkəyə ixrac üçün danışıqlar gedir...

Hazırda Türkiyə milli hərbi sənayesinin istehsalı olan pilotsuz döyüş sistemlərinə dünyada maraq böyükdür...

Türkiyənin STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş. şirkəti tərəfindən istehsal olunan KARGU kamikadze dronlarının ixracı üçün üç ölkə ilə danışıqlar aparılır. Virtualaz.org “Defence Turk” portalına istinadən xəbər verir ki, dronların tropic, səhra və tundra iqlim şərtlərində sınaqları uğurla tamamlanıb.

KARGU kamikadze-dronları Türkiyə ordusu tərəfindən ilk dəfə ölkənin cənub-şərqində PKK terrorçularına qarşı tətbiq olunub. Daha sonra bu dronlar Suriyanın şimalında gedən döyüşlərdə Türkiyə ordusunun silahlanmasında yer alan digər pilotsuz döyüş sistemləri, o cümlədən “Akıncı” və “Bayraktar” pilotsuz təyyarələri ilə birlikdə tətbiq edilib.

Hazırda Türkiyə milli hərbi sənayesinin istehsalı olan pilotsuz döyüş sistemlərinə dünyada maraq böyükdür. Çünki bu sistemər Suriya və Lviya hərbi əməliyyatlar teatrında situasiyanı Türkiyənin xeyrinə dəyişməkdə ciddi rol oynayıb. Nəticədə bir çox ölkə Türkiyənin istehsalı olan pilotsuz döyüş sistemlərinə maraq göstərir, o cümlədən Azərbaycan bu ölkədən pilotsuz təyyarələr almaq üçün danışıqlar aparır.

Sayt yazır ki, KARGU kamikadze-dronlarının ixracı ilə bağlı 3 ölkə ilə danışıqlar gedir. Bunlar Türkiyəyə dost və qardaş ölkələrdir, yüksək səviyyədə aparılan danışıqlar nəticə vermək üzrədir. STM süni intellektlə idarə olunan və avtomonom uçan, hədəfi müstəqil şəkildə təsbit edib vura bilən dron sistemərinin ixracı ilə bağlı danışıqları yaxın zamanda tamamlayacaq, ilk müqavilə imzalanacaq.

Şirkət ötən il ilk dəfə dronların sürü halında tətbiqini də uğurla sınaqdan keçirib. Nəticədə 20-dən çox KARGU kamikadze-dronu sürü halında uçmaqla döyüş vəzifəsini yerinə yetirmək imkanı əldə edib. Türkiyə hazırda dünyada kamikadze-dronların sürü halında tətbiqi texnologiyasına malik ilk ölkədir. Hazırda şirkət dronların sürü halında uçması alqoritmini təkmilləşdirmək üzərində işləyir.

Virtualaz.org istisna etmir ki, Türkiyədən KARGU dronlarını almaq istəyən həmin üç dost-qardaş ölkədən biri də Azərbaycandır.

pia.az


Etiket: Dron Türkiyə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar