Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda koronovirus infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir

İnfeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir...

Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi yumşaldılıb.

Bununla əlaqədar Şirvan şəhərinin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilmişdir. Ərazilərdə təmizlik işləri aparılıb, oturacaqlar yerlərinə qaytarılıb, yeni gül-çiçək kompazisiyaları yaradılıb, ağaclar budanıb, çəmənliklərə qulluq göstərilib

Əhalinin sağlamlığının qorunması məqsədi ilə iki gündən bir şəhərin küçə və prospektləri xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub, Gigiyena və Epidemiologiya və “DOST İş Mərkəzi” MMC-nin dezinfeksiya və sosial xidmət işçilərindən ibarət xüsusi təlim keçmiş işçiləri tərəfindən yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, park və xiyabanlarda, uşaq əyləncə qurğularında, ödəniş terminallarında, avtomobil dayanacaqlarında, qəsəbələr də daxil olmaqla ümumilikdə 180-dən çox obyektdə dezinfeksiyaedici maddələrlə təmizlik işləri aparılıb.

İnfeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə şəhər ərazisində zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.

pia.az

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar