Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda uşaqlar üçün qeyri-adi kitab aksiyası başlayır

"Altun kitab” nəşrlər evi "Login" mağazalar şəbəkəsi ilə birgə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bu il də "Sevgi gətir, kitab apar!” adlı layihəyə start verir... 

İlk dəfə ötən il baş tutan layihə uşaqların ciddi marağına səbəb olmuş, onlar kampaniyaya böyük həvəslə qatılmışdılar. Bunu nəzərə alan "Altun kitab" nəşrlər evi layihənin bu il də davam etdirilməsinə və ənənəyə çevrilməsinə qərar vermişdir.

Mayın 30-da start veriləcək və iyunun 15-də başa çatacaq kampaniya şərçivəsində uşaqlar öz seçimlərinə görə vətənə, təbiətə, ailə üzvlərinə, dostlarına, eləcə də ədəbi qəhrəmanlar və ya tarixi şəxsiyyətlərdən hər hansı birinə sevgilərini rəsm, şeir, esse, məktub və s. ilə ifadə edərək mağazalarımıza gətirə və əvəzində 2 kitab hədiyyə ala bilərlər.

Hədiyyələrin sayı artıq da ola bilər; məsələn, uşaq həm rəsm, həm şeir gətirirsə, hərəsinə ayrılıqda kitablar hədiyyə verilir.
Sonda toplanan rəsmlər, mətnlər yoxlanılır, aralarından 3-ü seçilir və xüsusi mükafatlandırılır.

Təqdim edilən materiala müəllif haqqında məlumat (ad, soyad, yaş, oxuduğu bağça/məktəb, yaşadığı ünvan, əlaqə nömrəsi) əlavə olunmalıdır.

Bundan başqa, "Login" mağazalar şəbəkəsinin alıcılarını 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü xüsusi sürprizlər gözləyir. Bu sürprizlərin nədən ibarət olduğunu həmin gün mağazalara təşrif buyuran müştərilər özləri görəcəklər.

Ümumilikdə 2000-dən çox kitab və müxtəlif məktəbli ləvazimatlarından ibarət hər iki aksiyanın keçiriləcəyi mağazaların ünvanlarını və əlaqə telefonlarını təqdim edirik:

LOGİN–1: Bakı, Puşkin k., 32, (28 May metrosu) (050) 202-24-10

LOGİN–2: Bakı, X.Məmmədov k., 2944A, (H.Aslanov metrosu) (050) 212-24-10

LOGİN–3: Xırdalan, H.Əliyev p., 167 (AAAF Park) (050) 274-24-10

pia.az 


Etiket: Kitab


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar