Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Gültəkin Hacıyeva küçə jarqonunu bilən əsl “xuliqanka” imiş..."...

"Həlledici məqamlarda olduğu kimi, bu dəfə də Əli “bəy”in “zaryatkası” qurtarır.."..

"Sosial şəbəkələrdə özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumun videokonfransından görüntülər yayılıb. Başqalarından fərqli olaraq heç təəccüblənmədim. Çünki bu tiplərin iç üzünü yaxşı bilirəm. Özlərini kimlərəsə “milli” kimi sırımağı bacarsalarda, nə qədər antimilli olduqları mənə çoxdan bəllidir. Biz deyirdik söyüş terrorunun başında bunlar durur, biz deyirdik müxalifətdaxili intriqaları bunlar qızışdırır, biz deyirdik bunların fikri nə yolla olursa olsun, ölkədə xaos yaratmaqdır, bəziləri bizi qınayırdılar. Bu da sizlərə sübut...”.

PİA.az-ın xəbərinə görə, bunu Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov deyib.

A.Abdulkərimov Milli Şura rəhbərliyini sərt tənqid edib: “Özünü efirlərdə müqəddəs və məsum Azərbaycan qadını kimi göstərən Gültəkin Hacıyeva sən demə, küçə jarqonunu bilən əsl “xuliqanka” imiş. Hətta biraz da qabağa gedərək məşhur serialı izlədiyinə görə “Azərbaycan xalqının canı cəhənnəmə” deməkdən belə çəkinmir. Hələ görün “Ədliyyə generalı” deyərək öydükləri, hüquq elmində hamya dərs verdiyi iddia olunan Vidadi Mirkamal nə ilə maraqlanırmış? Mafiya serialları ilə. Ay səni hüquqşunas!

Rafiq Manaflı isə özünü əsl “kabadayı” obrazında görərək, hər kəsin başının kəsilməyinə fətva verir, iyirminci əsrin ən qəddar cəlladı Hitlerə haqq qazandıraraq, onun kimi olmağa səsləyir. Beləlri utanmadan insan haqlarından danışanda bilmirsən nə deyəsən.

Cəmil Həsənli isə yuxarı başda oturaraq, kadra düşən qadının kimlyini gizlədəndən sonra bütün olanlardan məmnun olduğunu bildirir. Hamını iş başına, yəni klaviatura arxasına dəvət edərək Gültəkinin üç aya hakimiyyətə gəlmək istəyini reallaşdırmaq barədə tapşırıqlarını verir.

Bu yerdə isə, özünün bkokadada olduğunu iddia edən (yeri gəlmişkən, bəy deyirdi ki, internetini kəsiblər, bəs videokonfransa necə qoşulmuşdu?), həlledici məqamlarda həmişə olduğu kimi, bu dəfə də Əli “bəy”in “zaryatkası” qurtarır.

Bax beləcə növbəti dəfə də özlərini ifşa edərək, rəzil duruma düşdülər. Allah Azərbaycanımızı belələrindən qorusun!” (Pravda.az)

pia.az


Etiket: Milli Şura


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar