Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qazancınız xalqın nifrəti olacaq" - Deputatdan xalq artistinin çıxışına münasibət

Deputat Afaq Bəşirqızının müdafiəsinə qalxdı...

Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalq artisti Afaq Bəşirqızının işlətdiyi bir ifadəyə görə ona qarşı səsləndirilən sərt ittihamlara etirazını bildirib.

PİA.az xəbər verir ki, deputat açıqlamasında bildirib:

"Mən xalqımızın sevimlisi, xalq artisti Afaq Bəşirqızına qarşı bəzi mənfur ünsürlər tərəfindən aparılan mənəvi terroru qətiyyətlə pisləyir və dərhal bu iyrənc kampaniyanı dayandırılmağa çağırıram.

Afaq xanım xalqını sevən, onun ağrı-acısı ilə yaşayan, öz mövqeyi olan bir ziyalımızdır. Afaq xanımın çıxışına tam qulaq asıb onun məzmununa qiymət vermək lazımdır. Ayrıca kontekstdən çıxarılmış bir cümləni müzakirəyə çıxarmaq yolverilməzdir.

Bundan başqa hər kəs hansısa fikrini bəzən uğursuz ifadə edə bilər. Əgər kimsənin qiymətləndirməsi tənqididirsə, həmin fikrə etika çərçivəsində etiraz edib münasibət bildirmək olar. Amma danışarkən ağızlarından çirkab tökməyə alışmış bu qaragüruhçular əslində xalqımızı parçalayıb nəyəsə nail olmaq istəyirlər, amma əminliklə deyirəm ki, qazanacaqları xalqımızın nifrəti olacaq".(yenisabah)



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar