Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Anlamırlar ki,virusa yoluxub sən də olursan virus" - Rasim Balayev

Xalq artisti Rasim Balayev “Səni axtarıram” verilişində qonaq olub...

“İki ay əvvəl Türkiyədə əməliyyat olundum. Bir aydır Bakıya qayıtmışam. Yaxşı ki, vaxtında qayıtdım. Yoxsa indi orada əziyyət çəkərdim. Bəşəriyyəti bürüyən bir virus yayılıb. Oxuyuram, bütün dünyada virusun əlacı axtarılır. Hələ də vaksin tapılmayıb”.

PİA.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev “Səni axtarıram” verilişində deyib.

Aktyor karantin günlərini necə keçirməsindən söz açıb. O, insanlara səslənərək, onları evdə qalmağa çağırıb:

“Təəssüf edirəm ki, insanların çoxu qulaqardına vurur. Baxıram, yaxınlaşıb söz deyirlər, əli ilə itələyir. Siqareti çəkərək, özünə ziyan edirsən. Amma buna yoluxsan, nə qədər adama ziyan vurursan, olursan virus. Mən də evdən çıxmaq, mağazaya getmək, qohumlarla görüşmək istəyirəm. Amma edə bilmirəm, oturmuşam evdə, kitab oxuyuram.

Bəlkə də, bu, Allahın sınağıdır. Papağını qoy qabağına, düşün, səhvlərini fikirləş, özünə hesabat ver. Bəzisi deyir ki, 65 yaşım yoxdu, immunitetim var, mənə heç nə olmaz. Axı bu virus 15 yaşında gəncdə, körpə uşaqda da olur.

Xanımla da ayrılmışıq, o, bir otaqdadır, mən bu biri (gülür). O gün xanıma deyirəm ki, gəl, “hindiyski” görüşək. Ağıllı millətdir, əvvəldən bilirmişlər, koronavirus olacaq, uzaqdan görüşürmüşlər. Biz isə qucaqlaşırıq, öpüşürük”. (Axşam.az)

pia.az


Etiket: Rasim Balayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar