Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan şəhərində xüsusi karantin rejiminə uyğun profilaktik tədbirlər gücləndirilib

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə Şirvan şəhəri ərazisində profilaktik tədbirlər gücləndirilib...

Koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Şirvan şəhəri ərazisində profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən gücləndirilmiş iş rejimində davam etdirilir.

Əhalinin sıx toplaşdığı ərazilərə, park və xiyabanlara nəzarət gücləndirilmiş və həmin ərazilərə giriş tamamilə məhdudlaşdırılmışdır. Eyni zamanda polis əməkdaşları tərəfindən şəhərin giriş-çıxış hissələrində və şəhərin bəzi yerlərində nəzarət-buraxılış məntəqələri yaradılmış, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli avtomobillərin və yük maşınlarının hərəkəti istisna olmaqla nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali arasında fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədi ilə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyevin və Operativ Qərərgah üzvlərinin iştirakı ilə şəhərin müxtəlif ünvanlarında, park və xiyabanlarda, yaşayış binalarının qarşısında, eyni zamanda Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlardan məsuliyyətli olmaları tələb edilib, infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə ərtaflı məlumatlar verilib. Sakinlərə xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyyə edilib və əks halda, tələblərə əməl etməyənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqları onların nəzərinə çatdırılıb.

Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün Şirvan şəhəri ərazisində zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bir daha şəhər sakinlərini xüsusi karantin rejiminin tələblərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontakda olmağa, şəxsi gigiyena qaydalarına əməl etməyə və Nazirlər Kabineti yanında Operativ Qərərgahın və Səhiyyə Nazirliyinin tələb və tövsiyyələrinə ciddi riayət etməyə çağırırıq.

pia.az

Fotolar




Etiket: Şirvan İH

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar