Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədov: “Pul paylanarkən ehtiyacı olmayan bəzi adamlara da çatacaq”

“Karantinin ilk günündən REAL Partiyanın təklif etdiyi “hər vətəndaşa 200 manat birbaşa aylıq maddi dəstək” məsələsi artıq kəskinləşir”...

PİA.az xəbər verir ki, bunu partiya sədri İlqar Məmmədov deyib.

İ.Məmmədov rəsmi rəqəmlərə istinad edərək bildirib ki, 1-2 il əvvəl ərzaq, kommunal, tibb və tütün xərcləri Azərbaycanda ailələrin xərclərinin 66 faizini təşkil edirdi: "Qalan 34 faiz də heç banka depozitə getmirdi, xərclənirdi – təhsil, nəqliyyat, rabitə və s. Hər ailədə adambaşına ayda 286 manat xərclənirdi. İndi bir az çox olar, çünki qiymətlər, pensiyalar, maaşlar artıb. Tutalım indi olub 300 manat. Bunun da 66 faizi edir məhz 200 manat".

REAL-ın sədri qeyd edib ki, bu pul vətəndaşlara karantin dövrü davam etdikcə mütləq paylanılmalıdır: "Yoxsa bir az da belə davam etsə, ən yoxsul ailələr tamamilə ac qalacaq. Əlbəttə, pul paylanarkən o, ehtiyacı olmayan bəzi adamlara da çatacaq. Eybi yox! O pul onsuz da iqtisadiyyatı çalışdıracaq və yeni dəyər yaratdıracaq. Əsas məsələ fövqəladə maddi yardımın təcililiyidir: oturub güdsək ki, kimin ehtiyacı var, kimin yoxdur, onda yoxsullaşan təbəqə çox ciddi sıxıntılarla üzləşəcək. Hal-hazırda ədalətdən vacib olanı yardımın sürətidir, yəni əsl ədalət bu yardımın ehtiyacı olana vaxtında çatmasındadır.

Bir də ki, bu hesablamada istədiyiniz qədər “qüsuru” özüm də tapa bilərəm: məsələn, xeyli insan, xüsusilə də dövlət sektorunda işləyənlər, məcburi evdə otursalar da kartlarına maaş alırlar, digərləri pensiya alır və s. Azərbaycan iqtisadiyyatı şəffaf olsaydı oturub yardım rəqəmini qəpiyinə qədər hesablamaq olardı. Amma iqtisadiyyatın böyük hissəsi kölgədədir, bunu hamı bilir. Odur ki, Dövlət Statistika Komitəsinin rəqəmini fövqəladə maddi yardım haqqında rəsmi qərar üçün əsas kimi götürsək, hər bir halda qoyduğumuz məqsədə xidmət edər".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar