Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da Xocalı faciəsi ilə bağlı rəsm sərgisi açıldı - Foto

Amerika Birləşmiş Ştatlarının (ABŞ) şimal-şərqində yerləşən Meyn ştatında “Xocalı faciəsi uşaqların gözündə” adlı rəsm sərgisi açılıb...

ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin üzvü və təşkilatın Meyn ştatı üzrə Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə açılan sərgidə nümayiş olunan əsərlərdə Xocalı faciəsində yaşananlar uşaqların fırçası ilə canlandırılıb.

30-dan çox rəsm əsərinin nümayiş olunduğu sərgidə məlumat lövhələri qoyulub və ziyarətçilərə Xocalı faicəsi haqqında tarixi faktların yer aldığı məlumatlar təqdim edilib. T.Əhmədov “Report”a açıqlamasında bildirib ki, Xocalı faciəsi, Ermənistanın işğalçılıq siyasəti haqqında tez-tez tədbirlərin təşkil olunduğu Meyn ştatında icmanın səyləri nəticəsində soyqırımının anılmasına dair sənəd qəbul olunub. Meyn ştatının qanunvericiləri sənəddə ABŞ-ın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi siyasətinə qoşulduqlarını bildiriblər.

“Məqsədimiz Xocalıda yaşananları daha geniş kütləyə, Amerika cəmiyyətinə çatdırmaqdır. Keçən illər ərzində bu istəyimizə bir qədər nail olmuşuq. Ancaq dayanmaq fikrimiz yoxdur.

Bu günkü sərgidə nümayiş etdirilən şəkillərdə faciənin real üzü əks olunub. Rəsm əsərlərində Xocalıda qarda donan uşaqlar, vəhşicəsinə öldürülən yaşlılar və körpələr yer alıb. İnanırıq ki, haqq səsimizi eşidib, bu faciəni törədənləri beynəlxaq hüquq qarşısında sorğuya çəkəcəklər”, - deyə o bildirib. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar