Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdlibdə atəşkəsi qorumaq mümkün olacaqmı? – “Atəşkəs hər yerdə pozulur...”

İdlibdə martın 6-da qüvvəyə minən atəşkəs pozulub. Suriya İnsan Haqları Müşahidə Evinin məlumatına görə, hökumət qüvvələri və radikal qruplar arasında toqquşmada 15 nəfər ölüb...

PİA.az xəbər verir ki, öldürülənlərdən 6 nəfər hökumət qüvvələrindən, 9 nəfər müxaliflərdəndir.

Türkiyə və Rusiya prezidentləri arasında martın 5-də əldə olunmuş razılaşmaya əsasən İldibdə atəşkəs elan olunacaq və təhlükəsizlik zolağı yaradılacaqdı. Eyni zamanda tərəflərin İdlibdəki silahlı terrorçu qruplara qarşı mübarizə aparacağı razılaşdırılıb.

Atəşkəsin elan olunmasından 3 saat sonra baş verən qarşıdurma göstərir ki, İdlibdə silahlar susmayacaq. Tərəflərin yaxın zamanda terror qruplarıan qarşı birgə mübarizəsinin necə qurulacağı isə hələlik bəlli deyil. Rəsmi Moskva İldibdə terrorçu qruplara qarşı əməliyyatların davam etdiriləcəyini bildirib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, İdlibdəki uzunmüddətli atəşkəsə nail olmaq müşkül məsələdir: “Atəşkəs hər yerdə pozulur. Türkiyə və Rusiya liderləri hər dəfə İdlibdə atəşkəs elan edirlər, hər dəfəsində də pozulur. Çünki maraqlar fərqlidir. Doğrudur, Türkiyə və Rusiya prezidentləri növbəti dəfə yenə atəşkəslə bağlı razılığa gəliblər. Ancaq Suriya və İdliblə bağlı fərqli maraqlar atəşkəsin uzun ömürlü olacağını yenə şübhə altına alır. Liviya ilə bağlı da bir neçə dəfə atəşkəs bəyanatı verilib, bu bəyanatlar əvvəlcə İstanbulda sonra Moskvada və Berlində dövlət başçılarının iştirakı ilə qəbul edilib, döyüşlər bu gün də davam edir. Çünki Liviyada qarşıduran tərəflərin fərqli maraqları var. Amerika və Taliban təmsilçiləri bir neçə gün əvvəl Qətəratəşkəs sazişi imzaladılar. Taliban hərəkatı bu gün paytaxt Kabildə Əfqanıstanın baş nazirinin və digər hökumət üzvlərinin iştirak etdiyi toplantıda partlayış törədərək 27 nəfəri qətlə yetirib. Bu atəşkəsin ömrü də bir neçə gün çəkdi. Eyni vəziyyət bizdədir. Azərbaycanla Ermənistanın fərqli maraqları olduğundan bizdə də atəşkəs daima pozulur”.

pia.az


Etiket: İdlib atəşkəs

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar