Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda nələr olur və yaxud “Aptek Sahib” niyə hərkəsə barmaq silkələyir?

Çox yaxın vaxtlarda Ağstafada baş verən olaylar Tovuz rayonunda da yaşanacaq. O halda hər kəs eşidib biləcək ki, “səyahətə göndərilən” vəzifəli şəxslərin sırasında “Aptek Sahib” də var...

Bir neçə gün bundan öncə Tovuz rayonunda toy məclisində iştirak edən əməkdaşımız, şadlıq sarayının zalında eşitdiklərindən sanki şoka düşməli olur. Belə ki, əməkdaşımızın yaxınlarından biri keçiriləcək toy məclisinə onu da dəvət edir. Elə ki, o, dəvəti qəbul edib toy məclisində iştirak edir, o halda əməkdaşımızın da oturduğu masanın yaxınlığında əyləşənlər üçbir, dördbir nədənsə danışırlar. Yəni, birbiri ilə söhbət edənlər, digər danışan şəxslərin danışdıqlarına heç də fikir vermirlər.

Yəni, üç nəfər birlikdə yeyib-içir, birlikdə söhbət edir, dörd nəfər birlikdə yeyib içir və digərlərinin söz-söhbətlərinə diqqət yetirmirlər və s. və ilaxır. “Dəryaz” qəzetinin əməkdaşı zaldakı masalardan birinin orta hissəsində oturur və spirtli içki içmədiyindən, yaxın ətrafda kimin nə danışdığını tam aydınlığı ilə eşidir. Düzdür, birbiri ilə söz-söhbət edənlər hansısa dərd-sərlərindən, başqa-başqa məsələlərdən danışırlar. Amma, vaxt keçdikcə mövzu baş verən siyasi olaylardan, işsizlik problemlərindən, ümumi yaşayış səviyyəsinin çətin olmasından və s. bəhs olunur. Elə ki, əməkdaşımızın adlarını müəyyən edə bilmədiyi şəxslər yeyib-içirlər, o halda onlar Azərbaycan Respublikasının Prezidenti cənab İilham Əliyevin son çıxışlarından, həyata keçirdiyi islahatlardan, rüşvət alan vəzifə sahiblərinin aqibətindən, ələlxüsus Ağstafa hadisələrindən də danışmağa başlayırlar. Onlar bir qədər vaxt keçdikdən sonra isə, rüşvət tələb etməkdə Tovuz rayonunun heç də Ağstafadan geri qalmadığını, hətta bu rayonun belə bir məsələdə bir qədər irəli getdiyini də dilə gətirirlər. Bu minvalla bir qədər söz-söhbət uzanır və həmin şəxslər Azərbaycan Respublikası Prezidentinin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə, Tovuz Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Məmməd Məmmədovu “topa tutmağa” başlayırlar. Yəni, həmin şəxslər vurğulayırlar ki, Məmməd Məmmədov İcra Hakimiyyəti Aparatına baş mütəxəsis vəzifəsinə “Aptek Sahib” ləqəbli ilə tanınan Əsgərov Sahib Cahangir oğlunu təyin etməsi səbəbindən, bu gün Tovuzda “feodal təfəkkürü”nə malik idarəçilik, yeni yazılmamış qayda-qanunlar hökm sürməkdədir. Belə ki, bu şəxsin sahibkarları, fermerləri, iş adamlarını, sadə insanları və s. pis vəziyyətə salması da dilə gətirilir və mövzu ancaq “Aptek Sahibin” atdığı addımlarla bağlı olur. Elə ki, söz-söhbət getdikcə qızışır, o halda masa araxasında əyləşənlərin əksəriyyəti “Aptek Sahib”dən danışır, onun heç bir əsas olmadan daşıdığı vəzifəyə təyin olunmasını müzakirə edirlər. Məsələn, onlar bildirirlər ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vəzifə sahibi olan şəxslərə verdiyi tapşırıqlara, tövsiyyələrə “Aptek Sahib”in əməl etməməsi, bir növ onun bir kimsədən çəkinmədən bildiyi addımlarını atması, bu gün ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Söhbət əsnasında onu da bildirirlər ki, “Aptek Sahib” heç bir əsas olmadan iş adamlarından, fərdi yaşayış evi inşa edənlərdən, hansısa obyek inşa etdirmək istəyənlərdən zorən rüşvət tələb edir. Hətta, əməkdaşımız belə bir danışığın da sahidi olur ki, bu şəxs rayon ərazisində torpaq sahibindən obyektinin fəaliyyət göstərməsi üçün 10.000 manat məbləğində rüşvət tələb edib, bir nəfər sahibkardan isə, 7.000 manat pul alıb.

PİA.az deryaz.az-a istinadla bildirir ki, hələ bu azmış kimi, “Aptek Sahib”in rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə haqq qoyduğu, yaşayış evi inşa etdirən hər kəsə hədə-qorxu gələrək rüşvət tələb etməsi və s. haqda da danışırlar. Masa arxasında əyləşən şəxslərdən biri isə, vurğulayır ki, bir kənd sakini yol kənarında yaşayış evi inşa etmək istəyir. Həmin vaxt onu o qədər getgələ salırlar ki, son anda o, “Aptek Sahib”in “əsabələr”inə rüşvət verin canını birtəhər xilas edə bilir. Baxmayaraq ki, həmin şəxsin DƏDRX-dən çıxarışının olduğu bildirilir və ona məxsus çıxarışda, şəxsin qeyd olunan cizgidən kənara çıxmadığı da göstərilir. Əməkdaşımız eşitdiklərindən belə bir qənaətə gəlir ki, bu gün Tovuzda analoqu olmayan ab-hava hökm sürür. Yəni, yaşayış evi, hər hansı qeyri-yaşayış sahəsi inşa etmək istəyən hər kəs, mütləq “Aptek Sahib”in “bığının altından keçməlidir”. Belə bir tələbə razı olmayan şəxslər isə, çox keçmir ki, polisin hədəsi ilə üz-üzə qalmalı olur. Masa ətrafında olan şəxslərdən biri də vurğulayır ki, Tovuz rayon sakininə məxsus olan, amma çay kənarında 30 il ərzində fəaliyyət göstərən “drabilkanın” fəaliyyəti də dayandırılır. Buna da əsas səbəb, “Aptek Sahib”in “əsabələr”inin həmin şəxsdən 10.000 manat məbləğində “haqq-hesab” tələb etməsi olur. Əməkdaşımız Məmməd Məmmədovun icra başçısı olduğu rayonda yaşananları eşitdikcə, sanki dəhşətə gəlir. Bəlkə də, həmin şəxslər məclisdə iştirak edən əməkdaşımızın KİV nümayəndəsi olduğunu bilsəydilər, o halda belə bir mövzular ətrafında nəsə danışmazdılar. Bütün bunlar da onu söyləməyə əsas verir ki, Tovuz rayonunda belə bir ab-havanın varlığı, “Aptek Sahib” ləqəbi ilə tanınan Əsgərov Sahib Cahangir oğlunun rayonda “kor atı minib köndələn çapması” və s. birbaşa Məmməd Məmmədovun həyata keçirdiyi idarəçiliklə bağlıdır.

Bütün bunlardan sonra belə bir qənaətə gəlmək olar ki, çox yaxın vaxtlarda Ağstafada baş verən olaylar Tovuz rayonunda da yaşanacaq. O halda hər kəs eşidib biləcək ki, “səyyahətə göndərilən” vəzifəli şəxslərin sırasında “Aptek Sahib” də var.

P.S. Hörmətli oxucular! Sizləri çox yaxın günlərdə Tovuz rayonunda baş verən bir çox olaylarla bağlı, ələlxüsus rayonun Qovlar şəhəri ilə Dönük Qırxılı kəndinin ara məsafəsində yerləşən və 1941-1945-ci il müharibə iştirakçılarının xatirəsinə ucaldılmış abidəyə məxsus ərazinin satışa çıxarılması faktı və s. kimi məsələlərlə bağlı məlumatlandırmağa çalışacağıq.

Odur ki, bizi izləməyi unutmayın. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

pia.az


Etiket: Tovuz Aptek Sahib


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar