Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konstitusiya Məhkəməsi hansı dairələri ləğv edəcək – Siyahı

Daha bir neçə seçki dairəsinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilə bilər...

Bu mülahizə Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı yekun rəyini açıqlayandan sonra irəli sürülüb.

İddialara görə, Konstitusiya Məhkəməsi qalmaqallı dairələrə xüsusi diqqət yetirəcək və mümkündür onlardan bəzilərinin nəticələri ləğv edilsin. Ləğv olunacağı ehtimal edilən dairələrdən əsasən 125 saylı Zəngilan-Qubadlı, 23 saylı Nəsimi-Səbail, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 60 saylı Salyan-Neftçala və 79 saylı İmişli seçki dairələrinin adı çəkilir.

Bu dairələrin qalibləri müvafiq ardıcıllıqla İmamverdi İsmayılov, Ziyad Səmədzadə, Səbinə Xasıyeva, Fəzail Ağamalı və Razi Nurullayevdir. Adıçəkilən seçki dairələri ilə bağlı narazılıq daha çoxdur. Bu, həm də qaliblərin kimliyi ilə bağlıdır.

Digər tərəfdən, bu dairələrdən bəzilərində 10-dan artıq məntəqənin nəticələri ləğv edilib. Konkret olaraq, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində 13, 12 saylı Qaradağ-Yasamal-Binəqədi seçki dairəsində isə 11 məntəqənin nəticələri etibarsız sayılıb.

pia.az


Etiket: MSK


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar