Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviya neft sanksiyalarına görə gündə 60 mln. dollar itirir – Jozep Borrel

Liviya Avropa İttifaqı (Aİ) ölkələrinə karbohidrogen satmaq iqtidarında olmadığına görə gündə 60 mln. ABŞ dolları itirir, neft sanksiyaları isə ölkə iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərir...

TASS-ın məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

“Aİ-nin bu ölkəyə ayırdığı ümumi yardımın həcmi 600 mln. dollar təşkil edir ki, bu da ongünlük neft satışına bərabərdir. Liviyada vəziyyət olduqca pisdir”, – deyə J. Borrel deyib.

J. Borrel BMT-nin baş katibinin xüsusi nümayəndəsi Həsən Salamadan Liviyada atəşkəsin olmadığını və bu ölkəyə silah tədarükü qadağasına dair razılaşmalar olduğu kimi, atəşkəs razılaşmasının da hər yerdə pozulduğunu ifadə edən məktub alıb.

Qeyd edək ki, Aİ ölkələrinin xarici işlər nazirləri fevralın 17-də Liviyadakı böhranın həllinə yönəlmiş Berlin sülh prosesinin sürətləndirilməsi məsələsini nəzərdən keçirəcək, həmçinin Liviyaya silah tədarükü ilə bağlı embarqonun sərtləşdirilməsinin mümkünlüyü də araşdırılacaq. (apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar