Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar mədəniyyət xadimi Rauf Dadaşov dünyasını dəyişdi - Foto

Əməkdar mədəniyyət xadimi, animasiya filmlərinin rəssamı Rauf Dadaşov fevralın 8-də 76 yaşında dünyasını dəyişib

Oxu.Az-ın məlumatına əsasən, bu barədə rəssamın qardaşı qızı, Azərbaycan Memarlar İttifaqının “Memar” jurnalının məsul redaktoru Səbinə Dadaşova özünü “Facebook” səhifəsində yazıb.

Rauf Dadaşov 4 noyabr 1944-cü ildə anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1975-ci ildə Moskvada rəssam-multiplikator ixtisası üzrə kurs bitirib.

O, 1970-ci ildən “Azərbaycanfilm”də, 1990-cı ildən isə “Azanfilm” studiyasında rejissor-rəssam-animasiyaçı işləyib. Rauf Dadaşov Ağanağı Axundovun (“Mənim cücələrim”), Firəngiz Qurbanovanın (“Anam ağaca çıxıb”), Elçin Axundovun (“Cavanşir”), Əsgər Məmmədovun (“Lovğa fil balası”), Arif Məhərrəmovun (“Yatmaq vaxtıdır”), Rafiz İsmayılovun (“Yer üzü”), Vahid Talıbovun (“Lağım”), Bəhmən Əliyevin (“Cırtdan-pəhləvan”), Hafiz Əkbərovun (“Sehrli çıraq”), Məsud Pənahinin (“Xoruz”) filmlərinin animatoru olub.

2006-ci ildə Rauf Dadaşov “Qarğa balası və özgə yuvası” filminə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının “Ən yaxşı multiplikasiya filmi” nominasiyasında “Qızıl Çıraq” mükafatının laureatı olub.

Rauf Dadaşov 2008-ci ildə Əməkdar mədəniyyət xadimi adına layiq görülüb. Elə həmin il Sara Nəzirovanın ssenarisi əsasında “Siçan və pişik” filmini çəkib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar