Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Suriyada Türkiyəyə qarşı planı...

Putin ABŞ-dansa ilkin olaraq, Türkiyəni hədəf seçməyi üstün bilib...

Müasir dünya siyasətinin dolambac labirinti sayılan Yaxın Şərq yeni qarşıdurma müstəvisinə qədəm qoyur. Suriyanın şimal-qərbində yerləşən İdlib şəhəri ətrafında baş verənlər bunu deməyə əsas verir.

İdlibdə Bəşər Əsəd güclərinin hücumu zamanı Türkiyə ordusunun səkkiz hərbçisinin həlak olması sözsüz ki, cavabsız qala bilməzdi və türklərin adekvat reaksiyası nəticəsində xeyli sayda rejim əsgəri öldürüldü. İndi bölgədəki durum tərəflərin atacağı növbəti addımlardan asılıdır.

Artıq doqquz ildir ki, Suriya vətəndaş müharibəsinin cəngindən heç cür qurtula bilmir. Əgər biz buradakı qarşıdurmanın başlanığıc mərhələsinə nəzər yetirsək, onda hadisələrin gedişinin kaleydoskop kimi necə dəyişdiyinin şahidi olarıq.

Dolaşıq hal almış Suriya müharibəsində az qala dünyanın bütün böyük gücləri iştirak edib. Lakin əgər Suriyadakı vətəndaş müharibəsinin əvvəllində böyük dövlətlərin vəkalət döyüşlərinin əyani predmeti olan müxtəlif silahlı dəstələrin necə sürətlə peyda olmasını görürdüksə, indi mübarizə artıq açıq müstəviyə keçib.

Artıq döyüş meydanında hansısa silahlı qruplaşmalar deyil, dövlətlər üz-üzə gəlir. Çünki son bir neçə ildir dünya dövlətləri öz maraqlarını pərdələmədən, açıq oyun nümayiş etdirirlər.

Hazırda Suriya plasdarmında yalnız dörd oyunçu var - ABŞ, Türkiyə, Rusiyaİran. Türkiyənin Suriyadakı başlıca məqsədi öz sərhəd perimetri boyunca təhlükəsizlik zolağı yaratmaqdır.


Bu planın tərkib hissəsinə Suriyanın İdlib şəhəri və ona yaxın olan ərazilərin birbaşa türk ordu birləşmələri tərəfindən nəzarətə götürülməsi də daxildir. Düzdür, həmin ərazidə Suriya rejiminə müxalif olan müxtəlif hərbi qruplaşmalar döyüşsə də, onların uzunmüddətli dirəniş göstərmək imkanları məhduddur. Belə ki, Hələb şəhərinin aqibəti buna bariz misaldır.

Hazırda Rusiya deyir ki, İdlibdə “Əl-Qaidə”-yə bağlı cihadçılar var və onlar zərərsizləşdirilməlidir. Öz növbəsində Türkiyə, Rusiyaİran arasında bağlanmış üçtərəfli sazişə əsasən, Türkiyə ordusu radikal cihadçıları nəzarət alıtına götürüb, onları neytralllaşdıraraq, silahsızlaşdırılmış zona yaratmalıydı. Əslində, Türkiyə ordusu 12 “nəzarət məntəqəsi” quraraq, sakitliyə və əminamanlığıa nail olmuşdu. Lakin görünür bu durum qarşı tərəfi qane etməyib.

Müşahidələr və təhlillər göstərir ki, Rusiya, İran və Əsəd rejiminin İdlibə hücumunun arxasında başqa mətləblər yatır. Bu qüvvələr sadəcə, Türkiyəni İdlibdən vurub çıxarmaq planını mərhələli şəkildə həyata keçirməyə başlayıblar.

Doğrudur, Bəşər Əsəd Türkiyənin strateji planını pozmaq isətəsə də, anlayır ki, türk ordusuna qarşı açıq savaş onun üçün çox təhlükəlidir. Amma deyəsən, Rusiya onu hansısa vasitələr və vədlərlə bu yola təhrik edir. Əslində, Dəməşq özünü Moskvadan elə asılı vəziyyətə salıb ki, bir çox hallarda Suriya prezidentinin məhz Bəşər Əsəd olması belə, az qala yaddan çıxır. Və bu ölkənin, rejimin əsl sahibi rolunda Rusiya çıxış edir.

Deməli, perspektiv starteji plana əsasən Rusiya Türkiyəni Suriyadan çıxarmaq istəyir. Yerdə qalan bütün əməliyyatlar həmin planın üzərində qurulub. Yəni, qısamüddətli taktiki gedişlər baş plana xidmət edəcək.

Kreml Türkiyə ilə Bəşər Əsədin yaxınlaşmasını və birbaşa təmas qurmasını da daim əngəlləməyə çalışacaq. Buradakı iki qonşunun düşmən olması Moskvanın siyasi xəttinin əsas leytmotividir. Həmçinin, Türkiyənin Ukrayna ilə dostluq münasibətləri yaratması da sözsüz ki, Vladimir Putini qıcıqlandırıb.

İqtisadi cəhətdən zəif olmasına baxmayaraq, Rusiya son illərdə qlobal xarakterli oyunlara girişərək, Yaxın Şərqdə mühüm geostrateji mövqe əldə etmək niyyətindədir. Əlverişli strateji coğrafi məkanda yerləşən Suriya isə Moskva üçün əvəzedilməz ölkədir. Amma onun qarşısında əngəllər var. Belə ki, Suriya parçalanmış vəziyyətdədir və bu, Rusiyanı qane etmir. Ona bütöv və Moskva tərəfindən tam nəzarət olunan Suriya lazımdır.

Yaxşı taktik kimi tanınan Vladimir Putin Suriyada möhkəmlənmək imkanına malik olan iki qüvvəni - ABŞ və Türkiyəni bu ölkdədən çıxarmaq barədə düşünür. İranı isə ən son mərhələyə saxlayır. O da faktdır ki, Rusiya Amerika ilə yaxın təmasdan və açıq qarşıdurmadan bərk qorxur. İki il bundan qabaq Dey əz-Zor yaxınlığındakı neft buruqlarını ələ keçirmək istəyən “Vaqner” qrupunun 200 döyüşçüsü ABŞ ordusu tərəfindən məhv edilmişdi. Bu, Rusiya üçün ağır dərs oldu. Ona görə də, Putin ABŞ-dansa ilkin olaraq, Türkiyəni hədəf seçməyi üstün bilib. Və planının gerçəkləşməsi istiqamətindəki fəaliyyətini də zəif bənd sandığı Türkiyədən başlayıb.

Putin Amerika ilə Türkiyə arasındakı münasibətlərin soyumasından istifadə etməklə, əvvəlcə Türkiyəni müttəfiqsiz qoymaq, sonra da onu təkləməklə tədricən Suriyadan vurub çıxarmaq istəyir. Ankara isə sanki bu oyunu görmürmüş kimi hərəkət edir.

Rusiya bir qədər ləng hərəkət taktikasını seçib və Türkiyəyə özünü dost kimi göstərərək, əsl niyyətini gizlədir. Deyilə bilər ki, Rusiya Türkiyəyə “S-400” zenit kompleksi verib, Qara dənizin dibiylə “Türk axını” qaz kəməri çəkib və iki ölkə arasındakı ticarət dövrüyyəsi böyüyür - bunlar dostluq deyil?

Əvvəla, Türkiyəyə ”S-400” raketləri verilsə də, onun şifrələri, nəzarət imkanları hələ ki, Rusiyanın əlindədir. ”Türk axını” isə Türkiyədən daha çox Rusiyaya lazımıdır. Onu da qeyd edək ki, bu kəmərin Bolqarıstan ərazisindən çəkilməsi planlaşdırılırdı, amma ABŞ-ın təzyiqiylə Sofiya bu fikirdən vaz keçmişdi.

Yəni ki, Rusiya bu məsələdə əvvəlcədən heç də Türkiyəni tərəfdaş seçməmişdi və “Türk axını” başqa variant olmadığından meydana çıxmışdı. Ticarətə gəldikdəysə, iki ölkə arasındakı ticarət elə qurulub ki, münasibətlərin pozulmasından Türkiyə daha çox itirə bilər. Bunlarla yanaşı, Liviya məsələsində də Türkiyə-Rusiya əlaqələrindəki anlaşılmazlığın, qeyri-müəyyənliyin şahidi oluruq.

Hazırda yəqin ki, Türkiyənin ən düzgün addımı öz sərhəd perimetri boyunca möhkəmlənməsi olardı. Türkiyədəki bir çox siyasətçilər, siyasi şərhçilər məhz belə düşünür. Çoxlarının fikrincə, hələlik Türkiyə iqtisadiyyatı və texnolgiyası elə səviyyəyə çatmayıb ki, öz enerjisini hədsiz dərəcədə böyük və mücərrəd konfiqurasiyalı çəkişmələrə yönəltsin.(AzPolitika.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar