Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güclü külək bəzi rayonları işıqsız qoydu - Rəsmi

Ötən gecə güclü külək səbəbindən Abşeron yarımadasının bəzi ərazilərində və bir sıra dağlıq və dağətəyi rayonlarda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranıb...

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, fasilə qısa müddətdə aradan qaldırılıb:

“Ötən gecə güclü külək səbəbindən Bakının Binəqədi rayonu ərazisindən keçən eyniadlı xətdə qırılma baş verib və bu səbəbdən də Kənd Binəqədi ərazisində elektrik enerjisini verilişində qısamüddətli fasilə yaranıb. Həmçinin, Bakıətrafı kənd qəsəbələri üzrə Bağlar şəbəkəsində küləyin təsirindən elektrik enerjisi təchizatında fasilə yaranıb.

Regionlara gəldikdə, gecə saatlarında Cənub regionunda Cəlilabad, YardımlıAstarada, Şimalda QusarXaçmazda və Qərb regionunda Gədəbəy rayonu ərazisində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Bu ərazilərdə baş verən güclü külək səbəbindən qəza hallarının olmaması, insanların özlərinə və əmlaklarına zərər dəyməməsi üçün elektrik enerjisinin təchizatı əməkdaşlarımız tərəfindən qısamüddətli dayandırılıb. Külək səngidikdən sonra isə istehlakçıların elektrik enerjisi ilə təchizatı bərpa edilib. Hazırda ölkə üzrə elektrik enerjisi təchizatında problem yoxdur”.

Azərişıq” rəsmisi qeyd edib ki, təmsil etdiyi qurum baş verə biləcək kəsinti və qəzaların qarşısını almaq üçün əlavə tədbirlər həyata keçirib:

“Görülmüş tədbirlər nəticəsində havanın kəskin keçdiyi ərazilərə əlavə mal və avadanlıqlar, maşın-mexanizmlər cəlb edilib. Hava şəraiti imkan verdiyi təqdirdə baş verən kəsintilər qısa zamanda aradan qaldırılır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar