Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada Rusiya, Türkiyə və İran işbirliyi sona çatır?  

Politoloq: “Dünən Əsəd ordusunun Türkiyə ordusuna qarşı hücuma keçməsi və hadisənin məhz prezident Ərdoğanın Ukrayna səfəri öncəsi baş verməsi təsadüfi deyildi”...

“Türkiyə və Rusiya qarşı-qarşıya gəlmədən bu problem ya çözüləcək, ya da çözüləcək. Çünki bunun alternativ yoxdur”.

Bu sözləri politoloq Natiq Miri dünən Suriyada baş verən prosesləri və bu proseslərin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada İdlibdə rejim qüvvələrinin hava hücumu nəticəsində şəhid sayının 8-ə çıxdığını söylədi.

Rəsmi səfərdə olduğu Ukraynada ölkə prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında çıxış edən Ərdoğan deyib: "İdlibdəki hadisələr hər gün daha da dözülməz hala gəlir. Rejimin hücumları ilə 3-4 milyon insan ev-eşiyindən edilib. Onların bir milyona yaxını bizim sərhədlərimizə tərəf gəlir. Rusiya da, təəssüf ki, bunları görmür... İdlibdə rejim qüvvələri tərəfindən təşkil edilən hava hücumunda şəhid sayımız 8 oldu, bunlardan 3-ü mülki şəxsdir. Biz onlara lazımi cavabı həm hava, həm də quruda güclü şəkildə veririk və verəcəyik".

Hücumun Ərdoğanın Ukrayna səfəri öncəsinə təsadüf etməsi diqqət çəkdi və göründüyü kimi Türkiyə prezidenti Rusiyaya hava limanından mesaj verdi.

Suriyada Rusiya, Türkiyə və İran işbirliyi sona çatırmı və əgər bu iş birliyi pozularsa, Suriyada hansı mənzərə ortaya çıxar? Hazırda bu üçlüyün strateji maraqlarında hansı dəyişikliklər baş verir?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Türkiyə bir daha sübut etdi ki, heç də hər hansı bir qlobal güc tərəfindən rahatlıqla idarə olunacaq ölkə deyil”.

Rusiya Türkiyə ilə qarşı-qarşıya gəlməklə Türkiyəni yenidən NATO-ya doğru itəliyəcəyini vurğulayan politoloq bildirib ki, bu da Rusiyanın geosiyasi maraqları çərçivəsində deyil. Sadəcə olaraq Rusiya inanmırdı ki, Türkiyə ordusu bu şəkildə təpki verə bilər:

“Dünən Əsəd ordusunun Türkiyə ordusuna qarşı hücuma keçməsi və hadisənin məhz prezident Ərdoğanın Ukrayna səfəri öncəsi baş verməsi təsadüfi deyildi. Bu təbii ki, Rusiyanın Türkiyəyə verdiyi mesaj idi. Çünki bildiyimiz kimi Əsəd o cəsarətdə deyil ki, türk ordusuna qarşı hərbi əməliyyat keçirmək gücündə və qüdrətində olsun.

Düşünürəm ki, bu hücum Ərdoğanın Ukrayna səfərinin və orada imzalanacaq sənədlərin Rusiya üçün qəbul olunan olmadığı mesajı Türkiyəyə çatdırıldı. Amma bu yeganə səbəb deyil. Son zamanlar Türkiyə-ABŞ və Türkiyə-NATO yaxınlaşması da Rusiyanı narahat etməmiş deyil. Həmçinin Türkiyənin Liviyada peyda olması və Liviya-Türkiyə arasında imzalanan müqavilə də Rusiyanı narahat etməmiş deyil.

Bildiyimiz kimi 2011-ci ilə qədər Rusiya ciddi şəkildə Liviyada möhkəmlənmişdi və öz geosiyasi maraqları baxımından Liviyada idi. Amma sonradan Rusiya prezidenti Medvedyevin yanlış siyasəti üzündən Rusiyanın bilavasitə icazəsi ilə NATO-nun Liviyaya hərbi müdaxiləsi oldu. Bu da tamamilə vəziyyəti dəyişdi. Hələ də Putin bu məsələni Medvedyevə bağışlamır. Əslində bu yaxınlarda Medvedyev hökumətinin istefaya göndərilmə səbəblərindən biri də məhz bu olması Rusiya mediasında qeyd olunur.

Natiq Miri: “Rusiya Türkiyənin sərhədləri yaxınlığında qüdrətli Türkiyə ordusu ilə döyüşəcək deyil”.

Bütün bunlara görə düşünürəm ki, Ərdoğanın Ukraynaya səfəri tək səbəb deyil və burada səbəblər toplusu var. Bütün bu səbəblər toplusu da Rusiyanın bilvasitə Türkiyə ilə bağlı narahatçılığını ortaya qoyur. Bu məsələ həm də bir daha Türkiyə hökumətinə göstərdi ki, Rusiya güvənilir və etimat göstərilir bir tərəfdaş, strateji müttəfiq deyil. Rusiyanın istənilən sənədin altına imza qoyduğu müqavilə belə Rusiyanın geosiyasi maraqları tələb etdiyi təqdirdə çox rahatlıqla gözardı edilə bilər. Hesab edirəm ki, bu Türkiyə üçün çox böyük dərs oldu.

Türkiyə-Rusiya-İran üçlüyünün Astana prosesi vasitəsi ilə Suriyada sabitliyi təmin etməsi məsələsinə gəlincə isə deyə bilərəm ki, Astana prosesinin üstündən xətt çəkilməsi tezdir. Çünki Türkiyə Suriyada sabitliyin və siyasi prosesin başlamasının və Suriyanın ərazi bütövlüyünün tanınmasının tərəfdarı kimi çıxış edir. Astana prosesinin digər üzvləri Rusiyaİran da əslində Suriyanın ərazi bütövlüyünü istəyən ölkələrdir. Onlar da Suriyada sabitliyin olmasını istəyir.

Zaman-zaman bəzi qısamüddətli geosiyası maraqlar var ki, bu maraqlara görə Türkiyə Rusiyaİranla qarşı-qarşıya gəlir. Düşünürəm ki, çox yaxın zamalarda Türkiyə prezidenti ilə Rusiya prezidenti bu yöndə konkret danışıqlar aparacaq. Yəni Türkiyə və Rusiya qarşı-qarşıya gəlmədən bu problem ya çözüləcək, ya da çözüləcək. Çünki bunun alternativ yoxdur. Rusiya Türkiyənin sərhədləri yaxınlığında qüdrətli Türkiyə ordusu ilə döyüşəcək deyil. Çünki bu Rusiyanın geosiyasi və hərbi maraqlarına uyğun olan bir davranış olmaz. Ayrıca Türkiyə ordusu ilə qarşı-qarşıya gəlmək Astana prosesinin üstündən xətt çəkmək olar. Rusiya Suriyada əldə etdiyi uğurları məhz Türkiyə sayəsində edib. Türkiyə istəməsəydi bu günə qədər hələ də Suriyada qanlı müharibələr davam edərdi. Məhz Türkiyənin vasitəsi ilə bu prosesi tənzimləmək mümkün oldu.

Natiq Miri: “Rusiya Türkiyənin sərhədləri yaxınlığında qüdrətli Türkiyə ordusu ilə döyüşəcək deyil”.

Türkiyənin Suriyada varlığı və bu prosesin içində olması RusiyaSuriyada olan digər qlobal oyunçulara qarşı duruşunu təmin etdi. Məlumdur ki, Suriyada təkcə Türkiyə mövcud deyil. Suriyada qlobal güclər, yəni ABŞ-ın rəhbərliyi altında olan bir koalisiya mövcuddur. Bu koalisiyanın tədricən Suriyadan çıxarılmasını təmin edən yeganə ölkə məhz Türkiyə oldu. Buna görə də düşünürəm ki, Türkiyəni qarşısına almaq və Türkiyə ordusu ilə qarşı-qarşıya gəlmək bütövlükdə Suriya prosesinin üstündən xətt çəkməklə bərabər, yenidən Suriyanı xaosa itələmək olar. Bu da Avropa, Qərb dünyası üçün milyonlarla qaçqın deməkdir.

Hətta bu yenidən müharibənin alovlanması deməkdir ki, bu da Əsəd rejimi və Rusiya üçün arzuolunan proses deyil. Çünki bu gün Suriyada xaosun olmasını istəyən ölkələr var. Bu ölkələrin ABŞ və onun Yaxın Şərqdəki strateji müttədiqi İsrail durur. Yəni bu cür hadisələrin baş verməsi əslində ABŞ-ın və İsrailin əlinə oynamaq anlamına gəlir. Hesab edirəm ki, Rusiya rəhbərliyi bu cür reallığı anlamamış deyil.

Bir daha qeyd edim ki, Türkiyə təkcə Suriyada mövcud deyil. Artıq Türkiyə Aralıq dənizi hövzəsində də çox ciddi şəkildə öz mövqelərini gücləndirir. Türkiyə enerji daşıyıcıları məsələsində də çox ciddi mövqe ortaya qoyub. Bu da Türkiyənin "NATO üzrə müttəfiq"lərini də narahat etməyə başlayıb. Bu prosesə görə Rusiya da müəyyən mənada narahatdır.

Bütün bunlara görə düşünürəm ki, bu gün Rusiya Türkiyə ilə qarşı-qarşıya gəlməklə Türkiyəni yenidən NATO-ya doğru itəliyəcək. Bu da Rusiyanın geosiyasi maraqları çərçivəsində deyil. Sadəcə olaraq Rusiya inanmırdı ki, Türkiyə ordusu bu şəkildə təpki verə bilər. Həmçinin Rusiya Türkiyənin mövqelərini bu şəkildə qiymətləndirə bilməmişdi. Ancaq Türkiyə bir daha sübut etdi ki, heç də hər hansı bir qlobal güc tərəfindən rahatlıqla idarə olunacaq ölkə deyil. Hətta Türkiyənin özü müstəqil qərarlar verə bilmə və istənilən siyasi oyunu başlada biləcək gücdədir.

Türkiyə bunu növbəti dəfə ortaya qoydu. Hesab edirəm ki, İranRusiya Türkiyənin bu mövqeyindən öz dərslərini götürmüş oldu. Əsk təqdirdi İranRusiya Türkiyə kimi regional və getdikcə qlobal gücə çevrilən dövləti itirəcəklər. Bu da Rusiyaİrana qarşı olan qlobal güclərin mövqelərini gücləndirəcək. Əgər Rusiya bu cür addım atarsa, təbii ki, bu addım yanlış olacaq. Bu da Yaxın Şərqdə yeni müharibələrin alovlanmasına gətirib çıxarda bilər. Belə müharibə də Rusiyanın bu vaxta qədər Yaxın Şərqdə əldə etdiyi bütün nailiyyətlərinin üstündən xətt çəkə bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar