Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən qədim şəkilli kitabı tapılıb

Arxeoloqlar Misirdə dünyanın ən qədim şəkilli kitabını tapıblar...

Təxminən 4 min il əvvəl hazırlandığı güman edilən bu unikal kitabda fironların ölümdən sonra Osiris tanrısının yanına getməsi izah edilir.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, fironun tabutunun üzərində eramızdan əvvəl 2055-1795-ci illərdə yazılmış "İki yolun kitabı" adlanan bu artefaktda minlərlə talisman və ilahi yazılar var. Onların hamısı ölümdən sonrakı həyat haqqındadır. Talismanların əksəriyyəti piramidalarda olan mətnlərdən köçürülüb və ancaq fironlara aid olub. Bu cür təsvirlər və yazılar Qədim Misirin bir çox abidələrində - obelisklər, sərdabalarda, habelə papiruslarda mövcuddur.

Arxeoloqlar qeyd ediblər ki, mətn və şəkillər fironun dəfnindən sonra kahinlərin nəzarəti altında işlənilib. Qədim Misirdə dəfn ayinlərində iştirak edən kahinlər belə düşünüblər ki, fironlar Osiris tanrısının hüzurunda daha xoşbəxt həyat sürəcəklər. Bundan başqa, kitabda hökmdarların tanrının hüzurunda məhkəməyə çıxarılacağı da təsvir edilib.

pia.az


Etiket: kitab

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar