Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratiya tələb edənlərin ilin: 2019-cu il şəkillərdə / Fotolar

2019-cu il geridə qaldı. Bu bir ildə dünyada demokratiya tələbli mitinqlər, təbii fəlakətlər və cəsurluq nümunələri kifayət qədər oldu...

Dünyanın məşhur xəbər agentliklərinin fotoqrafları bu tarixi anları kadrlarla yaddaşa həkk ediblər...

PİA.az BBC-yə istinadən ötən ilin ən maraqlı fotogörüntülərini təqdim edir:

Tikanlı məftillərdən maska düzəltmiş aksiya iştirakçısı.

Hindistan parlamenti Cammu və Kəşmir ştatının muxtariyyətini ləğv edəndən sonra bölgədə aksiyaların arası kəsilmir.

Avstraliyanın şərqində qoyun otaran fermer.

Bu il bu materikdə güclü quraqlıq və fasiləsiz meşə yanğınları olub.

Hindistan. Cedzuri kəndində zəvvarlar təzə Ay bayramı vaxtı Xandoba tanrısının şərəfinə ətrafa zərdəçal səpir.

Narendra Modi hökumətinin indupərəst siyasətini özlərinə qarşı diskriminasiya hesab edən müsəlmanlar bu il çox sayda aksiya keçiriblər.

Mozambik. Uşaq evindəki qızlar leysan yağışdan qorunmaq üçün üstlərini polietilenlə örtüblər.

Bu ilin yazında tropik siklon Afrikanın cənub-şərqində fəlakətli selə səbəb olub.

Malaviyada, Zimbabvedə və Mozambikdə minlərlə adam evsiz qalıb. Mozambikin ikinci böyük şəhəri Beyra tamamilə dağılıb.

Wellington. Yeni Zelandiyanın baş naziri Jacinda Ardern məscidin yanındakı qadını qucaqlayır.

Mart ayında Christchurch şəhərindəki məscidlərə hücum nəticəsində 50-dən çox adam həlak olub. Zərərçəklişmələrlə görüşən Ardern həmrəylik əlaməti olaraq başına hicab örtüb.

İraq. Akra şəhəri yaxınlığında kürdlər baharın gəlişini simvolizə edən Novruz bayramını qeyd edirlər.

Kürd hərbçiləri özünü İslam Dövləti adlandıran (İD) qruplaşmaya qarşı mübarizə üçün yaradılmış beynəlxalq koalisiyanın əsas quru qüvvələrini təşkil ediblər.

Onlar Raqqa və Mosulun ekstremistlərdən azad olunmasında iştirak ediblər. Ancaq Türkiyə Suriyanın şimalında kürd qruplaşmalarına qarşı əməliyyatlara başlayanda ABŞ müttəfiqlərini dəstəkləməyib.

Franklin Delano Roosevelt adına "Dörd azadlıq" parkında öpüş.

Bu il yüzminlərlə insan New York şəhərində hər il keçirilən ənənəvi gey-paradda iştirak edib.

Bu dəfə tədbir Stonewall üsyanının 50 illiyinə - ABŞ-da homoseksualların hüquqları uğrunda mübarizənin həlledici məqamına həsr olunub.

Onda New York sakinləri bar və klublara reydlər keçirən polislərə etiraz olaraq küçələrə çıxmışdılar.

Paris, 15 aprel. 856 il əvvəl tikilmiş Notre-Dame kilsəsində yanğın.

Fransa prezidenti Emmanuel Macron-un dediyinə görə, kilsənin bərpası 5 il çəkəcək.

Şri-Lanka. Neqombo şəhərindəki Müqəddəs Sebastyan Kilsəsinin yaxınlığında dəfn mərasimi.

Aprel ayında üç katolik kilsədə 300 nəfərin ölümüylə nəticələnən partlayışlar baş verib.

Sudan. "Nubiya kraliçası" ləqəbi verilmiş tələbə Alaa Salah prezident Ömər Bəşirə qarşı keçirilən mitinqdə çıxış edir.

Etiraz aksiyaları Bəşirin 30 illik hakimiyyətinin bitməsilə nəticələnib. Dekabr ayında ona iki illik həbs cəzası verilib.

ABŞ prezidenti Donald Trump Şimali Koreyanın lideri Kim Jong-un-la görüşür.

Bir neçə saniyəliyə olsa da, Trump bu ölkənin ərazisinə ayaq basmış ilk Amerika prezidentidir.

Kolumbiya. Sutamarçan şəhərində məhsul yığımının bitməsinə həsr olunmuş 10-cu pomidor festivalı.

Fransa. Sannervil şəhərindəki tarixi rekonstruksiyanın iştirakçıları 280 paraşütçünün enişinə tamaşa edirlər.

İyun ayında Avropa ölkələri, ABŞ və Kanada müttəfiqlərin Normandiya sahillərinə desant çıxarmasının 75 illiyini qeyd ediblər.

ABŞ Konqresindəki dörd gənc demokrat (soldan sağa): Rashida Tlaib, Ilhan Omar, Alexandria Ocasio-Cortez və Ayanna Pressley.

Bu qadınlar Demokrat Partiyasının yeni, radikal və gənclər arasında populyar olan qanadını təmsil edirlər.

Trump Twitter-də yazmışdı ki, onlar xaraba ölkələrdən gəliblər və Amerikanı sevmirlər.

Buna görə Nümayəndələr Palatası prezidenti irqçilikdə günahlandırmışdı.

İsveç eko-aktivisti Greta Thunberg və silahdaşları Fransa parlamentinin qalereyasında.

"Time" jurnalı Thunberg-i ilin adamı elan edib, onun rusiyalı tərəfdarı isə Yeni il ərəfəsində 6 sutkalıq həbs cəzası alıb.

Honkonq polisi aksiyanı dağıtmaq üçün su şırnağını işə salır.

Demokratiya tələbli və polis zorakılığına qarşı etiraz aksiyalarında milyonlarla insan iştirak edib.

Noyabrda keçirilən bələdiyyə seçkilərində isə müxalifət inandırıcı qələbə qazanıb.

Əfqanıstan. Prezidentliyə namizəd Abdulla Abdullaya dəstək mitinqi.

Arxa fonda - talibançıların dağıtdığı Budda heykəlinin boş qalmış yeri.

Seçki sentyabrda keçirilsə də, nəticələri dekabr ayında elan edilib.

Baham adaları. Böyük Abako adasında dağılmış evin qalıqları.

Sentyabr ayında ada tarixinin ən güclü "Dorian" qasırğası nəticəsində ən azı 43 nəfər həlak olub.

Amerikanın ən varlı ştatlarından biri olan Kaliforniyada bu il yanğınlar yüzlərlə kvadrat metr meşə sahəsini əhatə edib, minlərlə insanın evakuasiyasına səbəb olub.

Braziliyanın quajajara xalqının nümayəndəsi meşəqıranların qeyri-leqal düşərgəsində.

Yeni prezident Jair Bolsonaron-u Amazon vadisinin yerli əhalisinin taleyinə biganə olmaqda günahlandırırlar.

Suriya. Ölkənin şimalında yerləşən Ras-əl-Ayn şəhəri yaxınlığında qadın.

Arxa planda - Türkiyə aviasiyasının hücumlarına əngəl yaratmaq üçün yandırılan təkər şinlərinin tüstüsü görünür.

Bir yaşlı meksikalı qız ABŞ sərhədi yaxınlığındakı keçid məntəqəsinin önündə.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar