Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçirilib...

"Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutur.

Festivala həmçinin Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi də dəstək göstərir.

Bildirilib ki, 10-cu açılışını edən kinoforuma bu il 79 ölkədən 3484 qısametrajlı film təqdim edilib. “Cinemobil” də daxil olmaqla festivalın Yerli proqramına 84 ekran işi göndərilib. İlk dəfədir ki, bu qədər qısametrajlı filmi özündə cəlb edən festivalda seçim prosesi xüsusi diqqətdə saxlanılıb, komissiyanın üzvlərinin sayı artırılıb.

Qeyd olunub ki, 8 nəfərdən ibarət Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 21 ölkədən 48 film yarışacaq. Beynəlxalq müsabiqədə 29, Yerli müsabiqədə 19 film “Qızıl nar” uğrunda mübarizə aparacaq.

Festivalın direktoru, rejissor Fehruz Şəmiyev çıxış edərək qonaqlara və iştirakçılara öz təşəkkürünü bildirib.

Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru, kinorejissor Cəmil Həsənli isə festivalın artıq 10 ildir təşkil olunduğunu vurğulayıb: "Festival artıq çox böyük tamaşaçı auditoriyası toplaya bilib. Bu gün Azərbaycan müxtəlif səpkili festivallar keçirilir. Lakin Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əhəmiyyəti çox böyükdür. Festival öz ətrafında gənc, yaradıcı insanları birləşdirir və gənclər bura gələrək fikir mübadiləsi apara bilirlər. Bu festivalın 10 il ərazində keçirilməsi hesab edirəm ki, beynəlxalq miqyasda uğurdur. Fürsətdən istifadə edərək festivalın iştirakçılarına uğurlar arzulayır və ən yaxşı filmlərin qalib olmasını diləyirəm".

Sonra münsiflər heyətinin üzvləri səhnəyə dəvət olunub. Bildirilib ki, beynəlxalq müsabiqənin qaliblərini kino və teatr rejissoru, ssenarist İlqar Safat, 65-ci Kann kinofestivalının “Qızıl palma” mükafatçısı, türkiyəli kinorejissor Rezan Yaşılbaş, 60-dan xarici festivallarda mükafatlara layiq görülən Kərim Əzimi, CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri və əməkdar incəsənət xadimi Bəhram Bağırzadədən ibarət Beynəlxalq münsiflər heyəti seçəcək. Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru” nominasiyaları üzrə mükafatlandırılacaqlar.

Daha sonra yerli müsabiqədə "Qızıl nar" mükafatı uğrunda mübarizə aparan filmləri müəyyənləşdirəcək münsiflər heyətinin üzvləri – Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Gülzar Qurbanova, DokuBaku Film Festivalının direktoru, rejissor İmam Həsənov səhnəyə dəvət olunub.

Mərasimin sonunda müsabiqədə iştirak edən 3 film nümayiş olunub.

Qeyd edək ki, kinoforum çərçivəsində CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının təqdimatında sənədli filmlər nümayiş olunacaq, ustad dərsləri, müzakirələr keçiriləcək.

Xatırladaq ki, festival bundan əvvəlki illərdə "Start" Beynəlxalq Qısa Filmlər Festivalı adı altında baş tutub. Beynəlxalq status daşıyan Festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Bu illər ərzində miqyasını xeyli genişləndirməyi bacaran kinoforum yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış edir, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaradır.

Filmlər 6,7,8,9 noyabr tarixlərində saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.

Festivalın bağlanış-mükafatlandırma mərasimi noyabrın 9-u, saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.(APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar