Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Konqresi “erməni soyqırımı”nı tanıdı – Türkiyənin cavabı nə olacaq?

İntiqam kimi görünən bu qərar ABŞ-Türkiyə münasibətlərində hansı gərginliyə və strateji baxımdan açılmalara səbəb ola bilər?..

Politoloq: “Bu Türkiyə düşmənliyini özündə ehtiva edən siyasi, hərbi güclərin ortalığa qoyduğu və qəbul etdiyi siyasi qərar olaraq dəyərləndirilməlidir”.

Konqresdə təkcə “erməni soyqırımı” haqqında qətnamə deyil, eyni zamanda Türkiyəyə qarşı sanksiya qərarı da qəbul olunub. Bu faktın özü də bir daha göstərir ki, bu Türkiyə düşmənliyini yürüdən qüvvələrin maraqlarına xidmət edən bir qərardır”.

Bu sözləri politoloq Natiq Miri ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmi olaraq tanıyan qanun layihəsini təsdiq etməsini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıyan qanun layihəsini təsdiq edib. Bu barədə Nümayəndələr Palatasının “Twitter” səhifəsində bildirilib. Səsvermənin canlı yayımı Konqresin saytında nümayiş olunub.

Deputatlar 223 səs lehinə, 191 səs əleyhinə qarşılığında qanun layihəsini qəbul ediblər.

Qanun layihəsinin müəllifi Adam Şiff bu qərarın “öz vaxtında” qəbul edilməsini bildirib.

Qəbul edilən layihə Senatda müzakirəyə çıxarılacaq.

İntiqam kimi görünən bu qərar ABŞ-Türkiyə münasibətlərində hansı gərginliyə və strateji baxımdan açılmalara səbəb ola bilər? Həmçinin Türkiyə bu qərara hansı yolla cavab verəcək?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Əgər Senatda da Nümayəndələr Palatasının qərarı təsdiqlənərsə və ABŞ prezidenti də bunu imzalayarsa, bu çox böyük fitnə-fəsada yol acacaq ki, bu da təksə ABŞ-Türkiyə münasibətlərinə deyil, həmçinin NATO-Türkiyə münasibətlərinə böyük xələl gətirəcək”.

Bu vaxta qədər qondama “erməni soyqırımı” layihəsinin Türkiyəyə təzyiq xarakterli olsa da, yalnız kommisiyalara qədər gələ bildiyini xatırladan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu dəfə məhz yəhudi lobbisi və Konqresdə olan yəhidi kökənli rəhbərlərin iştirakı ilə bu proses qısa müddətdə başa çatdırıldı. Yəni yəhudi lobbisinin dəstəyi ilə belə bir qətnamə qəbul etdirildi:

“Əgər bu hadisəni bir cümlə ilə ifadə etsək, bu Türkiyəyə qarşı düşmənliyi özündə ehtiva edən siyasi, hərbi güclərin ortalığa qoyduğu və qəbul etdiyi siyasi qərar olaraq dəyərləndirilməlidir. Çünki bildiyimiz kimi bu qərarın hüquqla heç bir əlaqəsi yoxdur. Bu bir siyasi qərardır və konkret olaraq Türkiyə əleyhinə şəbəkələrin bilavasitə maraqlarına xidmət edir.

Bu da təbii ki, Türkiyənin Suriyanın Şimalında keçirdiyi hərbi əməliyyatlarda həm sahədə, həm də masada əldə etdiyi diplomatik zəfərə adekvat bir cavab olaraq dəyərləndirilməlidir. Prosesin içində yer alan qüvvələr əsasən Konqresin aşağı palatasında olan yəhudi kökənli şəxslər, eyni zamanda ABŞ-da fəaliyyət göstərən yəhidinin lobbisi və İsraildə mövcud hakimiyyəti qəbul etmək lazımdır. Yəni qəbul edilən qətnamənin arxasında dayanan əsas güc bunlardır.

Bu prosesi bu yöndə dəyərləndirməyimə səbəb var. Türkiyə 9 oktyabrda Suriyanın Şimalına yönəlik başladığı “Barış punarı” hərbi hərəkatından dərhal sonra ilk ciddi reaksiyalar məhz İsrail dövlətindən gəldi. Çünki bu hərəkat İsrailin planlaşdırdığı bölgədə “terror dövlət”i layihəsinin üstündən xətt çəkdi. Türkiyə bu əməliyyatla “terror dövlət”i layihəsini birdəfəlik darmadağın etdi. Bildiyimiz kimi bu əməliyyatların ilki 2016-cı ildə Şimali İraqda, yəni Kürd muxtariyyatında keçirilən referendumla başladı. Baxmayaraq ki, bu referendum keçirildi, amma bu proses başda Türkiyə olmaqla regional dövlətlərin ciddi təpkisi ilə qarşılandı.

Natiq Miri: “Əgər bu prosedurların hamısı yerinə yetirilərsə və ABŞ prezidenti də bu qərarı dəstəkləyərək imzalayarsa, bu zaman ABŞ-Türkiyə arasında münasibətlərin yenə də ciddi mənada kəskinləşəcəyini gözləmək olar”.

Buna görə də referendum mexanizmi həyata keçirilə bilmədi və bunun ikinci mərhələsi Suriyanın Şimalında Türkiyə sərhədləri boyunca İraqda yeni bir terror kooridoru yaratmaqla və Şimali İraqdakı kürd muxtariyyatında olan enerji daşıyıcıları məhz Suriyanın Şimalında yaradılan kukla dövləti vasitəsi ilə Aralıq dənizinə, ordan da Qərb bazarına hədəfləyirdi ki, Türkiyə ard-arda keçirdiyi 3 hərbi hərəkatla bu xəyalın üstündən birdəfəlik xətt çəkdi. Əslində bu İsrailin strateji hədəfi olsa da, əsil strateji hədəfi həyata keçirən ölkə ABŞ və onun NATO üzrə müttəfiqləri idi.

Məhz bu layihələrin darmadağın olmasından əndişə keçirən və xəyalları tamamilə suya düşən qüvvələr dərhal hərəkətə keçdi. Qısa müddət ərzində Konqresin alt palatasında qondarma “erməni soyqırımı” haqqında qətnamə qəbul edildi. Hansı ki, bu günə qədər heç bir zaman Nümayəndələr Palatasının özündə bu qərarı qəbul etmək mümkün olmayıb. Yəni qondama “erməni soyqırımı” layihəsi Türkiyəyə təzyiq xarakterli olsa da, yalnız kommisiyalara qədər gələ bilirdi. Amma bu məsələ Nümayəndələr Palatasının iştirakı ilə səs verməyə qoyulmamışdı. Bu dəfə məhz yəhudi lobbisi və Konqresdə olan yəhudi kökənli rəhbərlərin iştirakı ilə bu proses qısa müddətdə başa çatdırıldı. Belə bir qətnamə qəbul etdirildi.

Həmçinin Suriyanın Şimalında Türkiyə hərbi əməliyyatları dayandırsın deyə Türkiyə-ABŞ arasında 13 maddədən ibarət anlaşma memorandumu imzalandı. Bu memorandumda ABŞ-ın üzərinə götürdüyü konkret öhdəliklər var. Bu öhdəliklərdən biri də Türkiyəyə qarşı sanksiyaların ləğv edilməsi idi. Amma buna rəğmən Konqresdə təkcə “erməni soyqırımı” haqqında qətnamə deyil, eyni zamanda Türkiyəyə qarşı sanksiya qərarı da qəbul olunub. Bu faktın özü də bir daha göstərir ki, bu Türkiyə düşmənliyini yürüdən qüvvələrin maraqlarına xidmət edən bir qərardır.

Natiq Miri: “ABŞ-Türkiyə münasibətləri gərginləşəcəksə, Türkiyə Rusiya və digər alternativ güc mərkəzləri ilə münasibətləri daha da yaxşılaşdıracaq. Bu yaxınlaşma da ABŞ-ın maraqlarına xidmət edəcək bir durum deyil”.

Amma qərarı keçərli qərar kimi dəyərləndirmək mümkün deyil. Çünki prosedura görə bu qərar Senatda da qəbul olunmalıdır. Əgər Senatda qəbul olunarsa, sonra sənəd ABŞ prezidenti tərəfindən imzalanmalıdır. ABŞ prezidentinin bu sənədlərə veto qoymaq hüququ var. Əgər bu prosedurların hamısı yerinə yetirilərsə və ABŞ prezidenti də bu qərarı dəstəkləyərək imzalayarsa, bu zaman ABŞ-Türkiyə arasında münasibətlərin yenə də ciddi mənada kəskinləşəcəyini gözləmək olar. Bu da əslində Türkiyədən daha çox ABŞ-ın geosiyasi, geoiqtisadi maraqlarına ciddi zərbə vuracaq. Çünki NATO-da ABŞ-dan sonra ən güclü olan bir ölkəni itirmək ABŞ-ın və NATO-nun xeyrinə olacaq durum deyil. Bu NATO-da və NATO-nun təhlükəsizlik məslələrində böyük bir boşluq yaradacaq ki, bunu da qısa zamanda təlafi etmək mümkün olmayacaq.

Həmçinin bu gün ABŞ özünün rəqibləri kimi dünya gücləri olan Rusiya və Çin dövlətini görür. Türkiyə ilə də bu gün gərginlik davam edərsə, Türkiyə Rusiya və digər alternativ güc mərkəzləri ilə münasibətləri daha da yaxşılaşdıracaq. Bu yaxınlaşma da ABŞ-ın maraqlarına xidmət edəcək bir durum deyil. Buna görə də düşünürəm ki, bu məsələlər Türkiyə prezidentinin 13 noyabrda ABŞ səfəri baş tutarsa, o zaman müzakirə olunacaq.

Məsələlər müzakirə olunduqdan sonra müsbət mənada bir qərara bağlanarsa, ABŞ-Türkiyə münasibətlərində gərginlikdən danışmaq düzgün olmayacaq. Yox əgər Senatda da Nümayəndələr Palatasının qərarı təsdiqlənərsə və ABŞ prezidenti də bunu imzalayarsa, bu çox böyük fitnə-fəsada yol acacaq ki, bu da təksə ABŞ-Türkiyə münasibətlərinə deyil, həmçinin NATO-Türkiyə münasibətlərinə böyük xələl gətirəcək. Bu da Avroatlantik məkanın böyük hərbi gücü olan NATO-da dağıntıya, hətta parçalanmaya qədər gedə bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar